525.Az

Almaniyada "Amazon" əməkdaşları tətil elan edib


 

Almaniyada "Amazon" əməkdaşları tətil elan edib<b style="color:red"></b>

Almaniyada "Amazon" şirkətinin əməkdaşları tətil elan edib.

Trend-in məlumatına görə, tətil Almaniyanın Leyptsiq, Bad-Hersfeld, Raynberq, Vern və Koblents şəhərlərində keçirilir.

Əməkdaşlar koronavirus pandemiyası fonunda şirkətdən əmək təhlükəsizliyinin artırılmasını tələb edir.

Qeyd olunur ki, Bad-Hersfeld şəhərindəki "Amazon" müəssisəsində 40-a yaxın işçi virusa yoluxub.

Tətildə, ümumilikdə nə qədər işçinin iştirak etdiyi məlum olmasa da, Raynberqdəki logistika mərkəzində 450 nəfər işi dayandırıb. Leyptsiqdə də təxminən o qədər işçinin tətilə qoşulması gözlənilir.

 





29.06.2020    çap et  çap et