525.Az

Moskva sakini T-34 tankını satışa çıxarıb


 

Moskva sakini T-34 tankını satışa çıxarıb<b style="color:red"></b>

Moskvada T-34 döyüş tankı satışa çıxarılıb.

APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi xəbərə görə, paytaxt sakini "Avito" saytında T-34-85 tankının satışı haqqında elan yerləşdirib.

Elanda tankın tam bərpa olunduğu və silahsızlaşdırıldığı vurğulanıb.


Tankın qiyməti elanda göstərilməyib.

Qeyd edək ki, Т-34-85 tankı 1944-cü ildə Sovet İttifaqı qoşunlarının silahlanmasına daxil olan əfsanəvi T-34 tankının modifikasiya olunmuş variantıdır.

 





29.06.2020    çap et  çap et