525.Az

Səhiyyə Nazirliyi təcili yardıma həkim qəbulu elan etdi


 

Səhiyyə Nazirliyi təcili yardıma həkim qəbulu elan etdi<b style="color:red"></b>

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Diplom;

İnternatura vəsiqəsi;

Sertifikat;

Əmək kitabçası.

 





29.06.2020    çap et  çap et