525.Az

Türkiyədə koronavirusdan ölüm sayı 5,1 mini keçdi


 

Türkiyədə koronavirusdan ölüm sayı 5,1 mini keçdi<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 51 014 şübhəli koronavirus testindən keçib, onlardan 1374-nün cavabı pozitiv çıxıb. Bu gün daha 1214 xəstə sağalıb.

Türkiyədə indiyədək 198 613 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5115 nəfər ölüb, 171 809 nəfər isə müalicə olunaraq sağalıb.

Nazir xəbərdarlıq edib ki, sağalanlarla müqayisədə infeksiyaya yoluxma sayında dünən 18, bu gün isə 160 nəfər çox olub.

 





29.06.2020    çap et  çap et