525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- Xristianlığın yəhudiliyə baxışı


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- <b style="color:red">Xristianlığın yəhudiliyə baxışı</b>

İdris ABBASOV

Xristianlığın yəhudiliyə baxışı

Katolik kilsəsinin Yəhudiliyə İslama baxışı digər dinlərə baxışına nəzərən fərqlidir. Çünki hər üç dində teoloji baxımdan ortaqlıq mövcuddur. Bu ortaq nöqtələr üç din arasında ən son mükəmməl tək dinin təsbiti mövzusunda mübahisələrə səbəb olmuşdur. Xristianlığın birinci dərəcədə önəm verdiyi din Yəhudilikdir. Bunun səbəbi isə İsanın fərisey ənənəsinə görə yetişmiş bir yəhudi olmasıdır. Ayrıca ilk xristianlar da yəhudi mənşəlidir. Xristianlıq yəhudi müqəddəs mətnlərini öz mətnləri hesab edir. Xristianlığın yəhudiliyə baxışı iki qismdə izah oluna bilər.

İlk dönəmdə yəhudilərin İsaya onun təlimlərinə qarşı çıxması, Yəhudiliyə yəhudilərə qarşı mənfi bir davranışın doğmasına səbəb olmuşdur. Bu hal başda İncillər olmaqla bütün xristian müqəddəs mətnlərində öz əksini tapmışdır. Ellinistik anlayışın Xristianlığa hakim olmasından sonra qələmə alınan İskəndəriyyə məktəbinin ellinistik fəlsəfəsini əks etdirən Yuhanna İncilində bu durum özünü daha bariz şəkildə göstərir. Sinoptik İncillərdə "Tövratdan bir nöqtə belə əksik olmayacaq" deyilərkən Yuhannada yer alan "Sizin şəriətinizdə yazılıdır" cümləsi ilə xristianlığın yəhudilikdən ayrı bir inanc sistemi olduğu ortaya qoyulmuşdur. Bunu möhkəmləndirmək üçün həvarilərin ibranicə olan adları yunancaya çevrilmişdir. Mattada romalı vali Pontus Pilatusun xaça çəkmələri üçün İsanı romalı əsgərlərə verdiyi ifadə edilirsə , Yuhannada yəhudilərə təslim etdiyi bildirilmişdir. Buna görə yəhudilər xristian dünyasında bütün nəsillər boyunca Tanrı qatili kimi qəbul edilmiş onlara böyük bir kin bəslənmişdir. Buna baxmayaraq məbədin 70-ci ildə romalılar tərəfindən yıxılmasına, hətta Bar Kohba üsyanına qədər xristianlığın yəhudiliklə əlaqəsi davam etmişdir. Bu hadisələrdən sonra xristianlar Yəhudiliyə qarşı ilahi narazılığın əlamətlərini görmüş tədricən Yəhudilikdən uzaqlaşmağa başlamışdırlar. Yəhudi olmayan xristianların (Goyim) kilsədə lider mövqeyinə yüksəlməsi yəhudilikdən qopma prosesini daha da sürətləndirmişdir. İznik Məclisində (325-ci il) xristian Paskalya bayramı ilə yəhudi Fısıh bayramı eyni günə təsadüf etdiyindən Paskalyanın günü dəyişdirilmişdir. Laodikya Məclisində (343-348) xristianların Şabatı müqəddəs gün kimi bayram etmələri yasaqlanmış, yalnız bazar müqəddəs gün hesab edilmişdir. Zaman keçdikcə xristianlığın yayılıb güclənməsindən sonra xristianların Yəhudiliyə yəhudilərə qarşı tətbiq etməyə başladıqları təzyiqlər kilsə tərəfindən bəzi teoloji əsaslara dayandırılmışdır. Belə ki: a) Təkvin (49/10), İşaya (7/14) Müqəddəs kitabın bir çox pasajında (parçasında) xəbər verilən Məsih nasirəli İsadır; b) Pavlus İbrahimin həqiqi nəslinin yəhudilər deyil, xristianlar olduğunu söyləmişdir; c) İsanın xaça çəkilməsinin cəzası olaraq Qüdsdəki məbəd yıxılmışdır. Bu, Tanrının İsrail xalqını rədd etməsinin ifadəsidir; ç) Pavlusun səlahiyyəti ilə yəhudi şəriəti ləğv edilmişdir.

Xristianların Yəhudiliyə yəhudilərə qarşı sərt tutumu II.Dünya Savaşının sonuna qədər davam etmiş kilsə İsrail dövlətinin qurulmasının aktiv şəkildə qarşısını almağa çalışmışdır. Bu səylərə baxmayaraq İsrail dövlətinin 1948-ci ildə reallaşan təşəkkülü kilsədə bir çaşqınlıq yaratmışdır. Bu, ya qısa müddətli bir durum kimi qiymətləndirilməli, ya da katolik teologiyasında köklü bir dəyişikliyin edilməsini zəruri etməli idi. Katolik kilsəsinin yəhudilərə qarşı davranışını dəyişdirməsinin səbəbləri haqqında yəhudi tədqiqatçılar bunları qeyd etmişdir: Nasist zülmünün kilsə üzərindəki təsiri, xristianları yəhudilərlə münasibətlərini yenidən gözdən keçirməyə yönəltməsi, İsrail dövlətinin xristianlar tərəfindən Qərb demokratiyasının Yaxın Şərqdəki qalası kimi görünməsi. II.Dünya Savaşı sırasındakı hadisələr tənqid edilərək teoloji antisemitizmin yəhudilərə qarşı aparılan zülmə qaynaq təşkil etməməsinin zəruriliyi söylənməyə başlanmışdır. İlk dəfə olaraq 1947-ci ildə xristianlar yəhudilərlə bir araya gəlmiş kilsənin yəhudilərə qarşı davranışını dəyişdirməsi on maddəlik bir bəyannamə ilə qərara alınmış, 1950-ci ildən etibarən katolik kilsəsi ilə İsrail arasında bir yaxınlaşma müşahidə olunmuşdur. Nasirədə Orta Şərqin ən böyük katolik kilsəsini tikməyi qərarlaşdıran Vatikan tapşırığı da İsrailin  bir tədarükçü firmasına həvalə etmişdir. Yəhudilərə qarşı davranışın dəyişdirilməsi hərəkatına öncüllük etdiyi üçün yəhudilərin "yaxşı Con" (John the good) adlandırdıqları Papa XIII İohan 1958-ci ildə bir islahat hərəkatını başlayaraq katolik, ortodoks, protestant yəhudilər arasında birliyin təmin olunması üçün fəaliyyətə girişmiş bu məqsədlə 1960- ildə Xristian Birliyini Təmin etmə Katibliyini yaratmışdır. Xristian Birliyini Təmin etmə Katibliyinin başlıca üç məqsədi vardır:  xristian birliyini sağlamlaşdırmaq, dini azadlığı təminat altına almaq yəhudilərlə dialoqu gücləndirmək. Katibliyin 1960- ilin sonlarında hazırladığı yəhudi bəyannaməsi II Vatikan Məclisinin digər dinlərlə bağlı qərarlarının təməlini təşkil etmişdir. Digər dinlər mədəniyyətlər haqqında katolik kilsəsinin münasibətini bildirmək üçün hazırlanan Nostra Aetatədə digər dinlərin mənsubları arasında ən çox yəhudilərə yer verilmiş, 4- maddə tamamilə onlara ayrılmışdır. Sənədin giriş hissəsində kilsənin yəhudilərlə tarixi rabitəsi üzərində dayanılmış, ortaq mirasdan bəhs edilmişdir. Yəhudilər İncilləri qəbul etməsələr Tanrının sevgili qulları kimi yad edilərək onlara qarşı diqqətlə davranmağın zəruriliyindən bəhs edirlər. Yuhanna İncilindəki yəhudiləri Hz.İsanın qatili olaraq lənətləyən parçalara yeni bir izah verilərək bu ifadələrlə sadəcə o zaman bu işi icra edən yəhudilərin nəzərdə tutulduğu bildirilmişdir. Katolik kilsəsi II Dünya Savaşındakı səhvini anlayıb keçmişin unudulması şüarı ilə yəhudilərlə münasibətdə dialoqu tolerantlığı üstün tutmuşdursa da heç zaman missionerliyi əldən verməmişdir. Mühafizəkar amerikan yəhudilərinin qabaqcıl teoloqu Yakob Nesner xristian-yəhudi diloqunu əslində dialoq deyil, bir monoloq kimi qiymətləndirmişdir.

 

Xristianlığın İslama baxışı 

Yəhudilik hər şeydən əvvəl xristianlığın təməlini təşkil edir. Əski Əhd xristianlar üçün müqəddəsdir. Kilsənin yəhudiliklə qurduğu bu tarixi bağ İslama aid deyildir. Digər tərəfdən kəmiyyət cəhətdən kilsənin qarşısında duran ən önəmli güc İslamdır. Xristianlığın İslama baxışını formalaşdıran təməl ünsürləri bu iki tarixi səbəblə əlaqələndirmədən düşünmək mümkün deyildir. 1. II.Vatikan Məclisindən qabaq xristian-müsəlman münasibətləri. Xristianların müsəlmanlarla ilk təması Hz.Peyğəmbərin İslamiyyəti təbliğ etdiyi dövrlərə gedib çıxır. Ərəbdilli nəcranlı xristianların Mədinəyə gələrək Rəsuli-Əkrəmlə mübahisələrini (631) ilk xristian-müsəlman dialoqu kimi qiymətləndirmək olar. İslamiyyət yunan dilli xristianların torpaqlarına daxil olduqda ilk ciddi mübahisələr başlamışdır. Xristian ilahiyyatçılar İslamiyyətlə ilk dəfə qarşılaşdıqda ona xristianlıq daxilində separatçı (heretik) bir hərəkat kimi baxmışdırlar. Amma bu dinlə yaxından təmas etdikdə fərqli bir inanc sistemi olduğunu görmüş xristianlığı ondan qorumağa çalışmışdırlar. Bu zaman onlar İslama hücum edərək Hz.Muhammədə qara yaxmağa çalışmış ona bir sıra əxlaqi zəifliklər isnad etməkdən belə çəkinməmişdirlər. Qərb xristianları isə VIII əsrdə İspaniyanın, IX əsrdə Siciliyanın müsəlmanlar tərəfindən fəth edilməsi zamanı ilk dəfə mədəniyyət cəhətdən özlərindən daha üstün olan böyük bir hərbi gücə sahib müsəlmanlarla qarşılaşdılar bunu özləri üçün böyük bir təhlükə hesab etdilər. Digər tərəfdən, xaç yürüşləri zamanı xristian alimlər İslamı daha yaxından tanıma imkanına sahib olsalar da, İslamı Avropaya olduğu kimi tanıtmaqdan çox, dəyişdirilmiş bir islam müsəlman imici təqdim etməyi üstün tutdular. Onların İslamla bağlı iddia istinadları üç nöqtədə cəmləşirdi: 1) İslamiyyət saysız-hesabsız əsli olmayan inanclar ehtiva edir həqiqətlər bilə-bilə təhrif olunur; 2) İslam qılınc gücünə qəbul etdirilmiş bir zor dinidir; 3) Muhamməd şəhvət düşkünü, saxta bir din qurucusudur, şeytanın təmsilçisi, yaxud alətidir. Sonrakı dönəmlərdə İslamiyyət, Hz.Muhamməd müsəlmanlar haqqında müsbət yanaşmalar olsa da II.Vatikan məclisinə qədər, Albert Pigge, Juan de Lugo kimi bir neçə xristian teoloqu istisna olmaqla, xristianların müsəlmanlar haqqında mənfi baxışları davam etmişdir.

 

II Vatikan Məclisindən sonra İslam müsəlman anlayışı  

II Kilsə yığıncağının "Nostra Aetate" "Lumen Gentium" adlı sənədlərində ilk dəfə olaraq müsəlmanlardan, onların inanc ibadətlərindən bəhs edilmiş bu mövzuda müsbət ifadələr işlədilmişdir. 1964- ilin avqustunda papalığa seçilən VI Paul müsəlmanların dininin təqdirəlayiq olduğunu, onların Tanrıya ibadətdə doğru yol tutduqlarını bildirir. Amma burada yeganə doğru dinin xristianlıq olduğunu da vurğulamaqdan vaz keçmir. 21 noyabr 1964- ildə qəbul edilən "Lumen Gentium"da müsəlmanlar haqqında bu fikirlər səsləndirilmişdir: "Qurtuluş planı yaradıcını qəbul edənləri əhatə edir. Bunların başında müsəlmanlar gəlir. Onlar İbrahimin imanını paylaşır bizimlə birlikdə tək bağışlayıcı, hökm günündə insanları mühakimə edəcək Tanrıya ibadət edirlər". Bu mətn 1965-ci ildə qəbul edilmiş "Nostra Aetate" bu şəkildə genişləndirilmişdir: "Kilsə müsəlmanlara da sayğı ilə baxır. Onlar tək, hay qayyum, mərhəmətli, qadiri-mütləq, göyün yerin yaradıcısı, insanlara xitab edən Tanrıya ibadət edirlər. Müsəlmanlar öz inancları ilə dərindən bağlı olduqları İbrahimin Tanrıya təslim olması kimi bütün mənlikləri ilə Tanrının əmrlərinə boyun əyməyə çalışırlar. Hər qədər Tanrı kimi qəbul etməsələr İsaya bir peyğəmbər kimi sayğı göstərirlər. Eyni zamanda onun bakirə anasını da uca tutur onu səmimiyyətlə anırlar. Tanrıya dua, oruc sədəqə yolu ilə ibadət edirlər. Xristianlarla müsəlmanlar arasında əsrlər boyu bir çox hadisələr meydana gəlmişdir. Vatikan Məclisi tərəflərə keçmişi unutmalarını, qarşılıqlı anlaşma üçün səmimi səy göstərmələrini, insanlığın mənafeyi naminə sülhü, azadlığı, sosial ədaləti əxlaqi dəyərləri birlikdə qoruyub inkişaf etdirmələrini tövsiyə edir". Bu qərarların tətbiq olunması çərçivəsində kilsə, yəhudilərlə olduğu kimi, müsəlmanlarla da dialoqun sahələrini metodlarını bildirmək üçün səylərini davam etdirmişdir. Bu məqsədlə 1974- ildə qurulan Katolik-Yəhudi münasibətləri Komissiyası ilə yanaşı İslam Komissiyası da təsis olunmuşdur. Burada da İslama qurtuluş vasitəsi kimi baxılmır, müsəlmanlar xristianlıq inancına dəvət edilirlər.

Xristianlığın hinduizm buddizmə baxışı. Xristianlığın hinduizm buddizmə baxışı Yəhudilik İslama olan baxışından tamamilə fərqlənir. Xristianlıqla bu Şərq dinləri arasında hər hansı rəqabətdən söhbət gedə bilməz. Amma XX əsrin ikinci yarısından etibarən sözügedən dinlərin qərb ölkələrinə girməsi ilə durum dəyişmişdir. Qərbli gənclər öz ölkələrində itirdikləri dəyərləri Şərqdə axtarmağa başlamış, bu dinlərin təlimlərinə ciddi maraq göstərmişdirlər. Bu vəziyyət kilsəni qane etmirdi. 1600- illərdə Avropa ticarət karvanları Hindistana özləri ilə bərabər missionerlik fəaliyyətini gətirmişdirlər. İstismarçı portuqalların himayəsi altında katolik fransiskenlər, dominikenlər cizvitlər Hindistanın müxtəlif bölgələrində missionerlik etmişdirlər. Danimarkalı, alman protestantlar anqlikanlar da burada missionerlik fəaliyyəti göstərmişdirlər. Katolik missionerlər hindular arasında xristianlığı yaymaq üçün müxtəlif metodlara əl atmışdırlar. Bunlardan biri inkültürasyondur. İnkültürasyon çalışmaları üçün Hindistan bu gün pilot bölgə durumundadır. İnkültürasyonun Hindistanda ilk tətbiqatçısı Roberd de Nobilidir (ö.1656). Hinduların brahmanlarla ifrat bağlılığını görən Nobili İncilin mesajını daha anlaşıqlı etmək üçün bir brahman kimi yaşamağa başlamış, beləliklə, latın xristianlığını hind mədəniyyəti ilə uzlaşdırmağa çalışaraq bir hindu-xristian həyatı yaşamışdır. Bəzi xristian tarixçilər onun yüz minlərlə hindunu xristianlaşdırdığı bildirilir. Nobili Roma inkvizisiyası tərəfindən məhkum edilsə , II.Vatikan Məclisində müəyyənləşdirilən yeni yanaşmaya görə inkültürasyon Katolik kilsəsinin rəsmi görüşü olmuşdur. Missionerliyin məqsədi hinduizmdəki gizli Məsihi ortaya çıxararaq hinduları onların qurtuluşu üçün qanını tökən İsanın əhdinə şərik etməkdir. II.Vatikan Məclisindən sonra hindu mədəniyyəti təriflənməyə, xristian mədəniyyəti ilə hindu mədəniyyəti arasında dialoqun təmin edilməsi üçün səylər göstərilməyə başlanmışdır. Bu arada bəzi missionerlər hindular kimi geyinməyə, ət yeməməyə, quru yerlərdə yatmağa, hindu ibadət paltarları ilə ibadət etməyə üstünlük vermişdilər. Xristianlıq təliminin təməlini təşkil edən "Tanrının cismləşmiş kəlamı Məsih" inancının qarşılığı hinduizmdə axtarılmış, Tanrı Vişnunun hülul edib bədənləşmiş şəkli (avatara) olan Krişna inancının xristianlıqdakı Məsih inancına təqabül etdiyi nəticəsinə varılmışdır.

(Ardı var)

 





25.12.2013    çap et  çap et