525.Az

Rəşad Məciddən 5 kitab tövsiyəsi - Video


 

Rəşad Məciddən 5 kitab tövsiyəsi - <b style="color:red">Video</b>

"525-ci qəzet"in baş redaktoru, şair, yazıçı Rəşad Məcid “Chelebi Media Group”un Youtube platformasında yayımladığı “Kitabçı” layihəsinin qonağı olub.

525.az xəbər verir ki, layihəyə uğurlar arzulayan ədib öz kitab beşliyini izləyicilərlə paylaşıb.

Beşlikdə yer alan əsərlər Xalq yazıçısı Anarın "Yaşamaq haqqı", İsi Məlikzadənin "Qatarda", Əli Kərimin "Metronun yaylı qapıları", Əli Əmirlinin "Ağdamda nəyim qaldı", Əjdər Olun "Lo" kitabları olub.

Rəşad Məcid hər bir kitab haqqında qısaca məlumat verib, onların süjet xəttindən söz açıb, şəxsi düşüncələrini dilə gətirib.

Qeyd edək ki, "Kitabçı" layihəsi müxtəlif sahələrdə ictimaiyyət tərəfindən tanınan insanların oxuduqları kitabları tamaşaçılarla bölüşməsindən bəhs edir.

Layihəyə qonaq olan şəxs oxuduğu və özünün ən çox bəyəndiyi 5 kitabı tamaşaçılara təqdim edir, kitablar haqqında məlumat verir və tövsiyə edir.

Əsas məqsəd isə insanlarda mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yardımçı olmaqdır.

Layihənin rejissoru Orxan Ali, prodüseri Məlahət Qurbanova, rəhbəri Elman Bakuvidir.

 





30.06.2020    çap et  çap et