525.Az

2 şəhər və 4 rayonuna yeni prokurorlar təyin edildi - Yenilənib


 

2 şəhər və 4 rayonuna yeni prokurorlar təyin edildi - <b style="color:red"> Yenilənib</b>

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Mübariz Əhmədova Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, Müqəddəs Sultanova Sumqayıt şəhərinin prokuroru vəzifələrinin icrası həvalə edilib, Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini, Tural Aslanov isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifələrinə təyin ediliblər.

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Fuad Məmmədova Şirvan şəhərinin, Rəşad Məmmədova Xaçmaz, Kamran Məmmədova Goranboy, Vüqar Əhmədliyə Kəlbəcər, Elxan Əbdürrəhmənova isə Qusar rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

***



Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

 





30.06.2020    çap et  çap et