525.Az

Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır


 

Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır<b style="color:red"></b>

Sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət müəssisələrinin fəaliyyətinin keyfiyyət tələblərinə uyğunluğuna vahid nəzarət mexanizmi yaradılır.

Nazirlikdən verilən məlumata görə, məqsəd bu mexanizm əsasında həmin müəssisələrin fəaliyyətinin monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsidir. Müvafiq sahədə kadrların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin vaxtaşırı qiymətləndirilməsi, karyera inkişafı zamanı bu monitorinq qiymətləndirmənin nəticələri əsas götürüləcək.

Eyni zamanda, sosial xidmət müəssisələrinin yüksək ixtisaslı peşəkar kadrlarla komplektləşdirilməsi əsas hədəflərdən biridir. Bu məqsədlə sosial xidmətlər üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla meyarların hazırlanması da nəzərdə tutulub.

 

 





30.06.2020    çap et  çap et