525.Az

Elektrik sayğacların balansının mobil tətbiqlə artırılması xidməti istifadəyə verildi


 

Elektrik sayğacların balansının mobil tətbiqlə artırılması xidməti istifadəyə verildi<b style="color:red"></b>

Azərbaycanda elektrik sayğaclarının smart-kartlarının balansını "Azərişıq" mobil tətbiqi vasitəsilə artırılması xidməti istifadəyə verilib.

Bunu "APA-Economics"ə ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

Onun sözlərinə görə, abonentlər bu əməliyyatı smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucuları vasitəsilə apara biləcəklər: "Yaxın günlərdə abonentlər kart oxuyucularını "ASAN xidmət" mərkəzlərindən əldə edə biləcək. Cihazın qiyməti 20 manat civarında olacaq".

Yeni xidmət yalnız istismarda olan “PoudRaad” şirkətinin sayğaclarının smart-kartlarına şamil olunur.

 





30.06.2020    çap et  çap et