525.Az

İlham Əliyev Alevtina Brovkinanı təbrik etdi


 

İlham Əliyev Alevtina Brovkinanı təbrik etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının akademiki Alevtina Brovkinaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli Alevtina Fyodorovna.

Yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Mənim ən xoş arzularımı, möhkəm cansağlığı, uğurlar və əmin-amanlıq diləklərimi qəbul edin.

Siz dünya şöhrətli alim və istedadlı həkim kimi göz xəstəliklərinin müalicəsi üçün bir sıra qabaqcıl metodikalar yaratmısınız, onkooftalmologiyanın inkişafına sanballı töhfə vermisiniz.

Oftalmologiya sahəsində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində sizin mühüm rolunuzu xüsusi qeyd etmək istərdim. Sizin iştirakınızla Azərbaycanda onkooftalmologiya xidməti yaradılıb, bu xidmət bu gün də respublika əhalisinə yüksək ixtisaslı yardım göstərir.

Əminəm ki, sizin dəyərli təcrübənizə və dərin biliklərinizə çoxsaylı şagirdləriniz və həmkarlarınız tərəfindən həmişə tələbat olacaq.

Əziz Alevtina Fyodorovna, sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edirəm, sizə ən xoş arzularımı bildirirəm”.

 





30.06.2020    çap et  çap et