525.Az

“Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”


 

“Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”<b style="color:red"></b>

“Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bəzi insanlar məsuliyyətsiz davranışla özlərini aldadırlar: “Həmin insanlar ilk növbədə ailələrini yoluxdura bilərlər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, media koronavirus pandemiyası ilə bağlı cəmiyyəti məlumatlandırmaq istiqamətində dövlətlə birgədir, bu fəaliyyət təqdir olunur: “Dövlətin karantin rejimi tətbiq etməkdə məqsəd vətəndaşlarını riskdən qorumaqdır. Məsuliyyətsiz davranışa yol verənlərin qarşısını da birlikdə almalıyıq”.

 





30.06.2020    çap et  çap et