525.Az

“Pandemiyanın nə vaxt bitəcəyini söyləmək mümkün deyil”


 

“Pandemiyanın nə vaxt bitəcəyini söyləmək mümkün deyil”<b style="color:red"></b>

“Dünya birliyi koronavirusla ilk dəfə qarşılaşandan bəri altı ay ərzində pandemiyaya nəzarət etməyi öyrəndi, lakin hazırda onun nə vaxt bitəcəyini dəqiq söyləmək mümkün deyil”.

APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib.

Koronavirusla mübarizə sahəsində altı aylıq dəyərli təcrübə qazandıqlarını deyən ÜST nümayəndəsi qeyd edib ki, bu gün epidemiyanı idarə edə etmək mümkün olsa da, onu qarşısını almaq üçün konkret vasitə yoxdur: “Buna görə də pandemiyanın sonu haqqında danışa bilmərik".

M.Vujnoviç əlavə edib ki, Şimali Afrika və Yaxın Şərq bölgəsində koronavirusa yoluxma hallarının bir milyondan çox olması narahatlıq yaradır: "Hələ virusun olmadığı yerlərdə də yoluxma hadisələrinin artacağını gözləmək olar. Orada da infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görülməlidir".

 





01.07.2020    çap et  çap et