525.Az

Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı


 

Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı<b style="color:red"></b>

 Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb.

"SOCAR Petroleum" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.

"Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır", - şirkətdən qeyd ediblər.


Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.

Xatırladaq ki, sözügedən "Premium" markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.

 





01.07.2020    çap et  çap et