525.Az

Hesablama Palatası Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparmır


 

Hesablama Palatası Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparmır<b style="color:red"></b>

Hal-hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib. Verilən məlumata görə, Hesablama Palatası 2019-cu ildə Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

Qeyd edək ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.

 





01.07.2020    çap et  çap et