525.Az

Baş Nazir COVID-19-la bağlı rayonlarda dəqiq statistika aparılmasını tapşırdı


 

Baş Nazir COVID-19-la bağlı rayonlarda dəqiq statistika aparılmasını tapşırdı<b style="color:red"></b>

Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılması tapşırığını verib.

APA-nın məlumatına görə, Baş Nazir bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətin müzakirəsi üçün keçirilən videokonfransında deyib.

Baş nazir yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əli Əsədov rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.

 





01.07.2020    çap et  çap et