525.Az

Bakıda COVID-19 daşıyıcısı karantin zonasını tərk etdiyi üçün saxlanıldı


 

Bakıda COVID-19 daşıyıcısı karantin zonasını tərk etdiyi üçün saxlanıldı<b style="color:red"></b>

Paytaxtın Səbail rayonunda COVID-19 infeksiyasına yoluxmuş xəstə muüəyyən olunaraq saxlanılıb.

BŞBPİ-dən APA-ya verilən məlumata görə, Səbail RPİ əməkdaş̧ları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini, 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1- ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət iş̧i başlanıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

 





01.07.2020    çap et  çap et