525.Az

İstanbul-Bakı aviareysinə kimlər buraxılacaq?


 

İstanbul-Bakı aviareysinə kimlər buraxılacaq?<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə buraxıldığı şəxslər barədə məlumat yayıb.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə aşağıdakı şəxslər də buraxılır:

- Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər;

- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

 

Xatırladaq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

 





02.07.2020    çap et  çap et