525.Az

Rəşad Məcid: "Prezidentin bu sərəncamı jurnalistlərdə xoş ovqat yaratdı"


 

Rəşad Məcid: "Prezidentin bu sərəncamı jurnalistlərdə xoş ovqat yaratdı"<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması nəzərdə tutulur. Bundan əlavə, sərəncamda Prezident Administrasiyasına tapşırılıb ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim etsin.

Məsələyə münasibətini bildirən "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid deyib ki, koronavirus pandemiyasının yaratdığı indiki gərgin durumda mətbuatın 145 illik yubileyinin ya sönük keçəcəyi, ya da ümumumiyyyətlə qeyd olunmayacağı ilə bağlı bir narahatçılıq var idi:

"Amma cənab Prezident həmişə olduğu kimi, bu dəfə də jurnalistlərə münasibətini ortaya qoydu, onların fəaliyyətinə böyük önəm verdiyini nümayiş etdirdi.  Buna görə, cənab Prezidentə təşəkkürümüzü bildiririk. Azərbaycan mətbuatının inkişaf etdirilməsi istiqamətində dövlət başçısı bugünə qədər bir çox böyük əhəmiyyətə malik addımlar atıb. Biz Prezidentin müxtəlif vaxtlarda medianın problemlərinin aradan qalıdırması, jurnalistlərin sosial-məişət problemlərinin həll olunması ilə bağlı mühüm qərarlar verməsinin dəfələrlə şahidi olmuşuq. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuata dövlət qayğısının ən bariz nümunələrindən biridir. Biz mətbuat nümayəndələri milli mətbuatın müxtəlif illərdə keçirilən yubiley tədbirlərində bir neçə dəfə Prezidentlə görüşüb onun fikirlərini dinləmişik, çıxış edib öz fikirlərimizi demişik. Media heç vaxt dövlət başçısının qayğısından kənarda qalmayıb. İmzalanan bu sərəncam da jurnalistlərdə çox xoş ovqat yaratdı. Ümid edirəm ki, pandemiya yubiley tədbirlərinin keçirilməsinə imkan verəcək, indiki vəziyyətə görə tədbirlərimiz bir qədər məhdud da olsa, sərəncamda göstərilən formada, Operativ Qərargahın tənzimləməsilə həyata keçiriləcək. Xidmətləri olan jurnalistlərin mükafatlanması isə mətbuat nümayəndələrində əlavə stimul yaradacaq. Əməyinin qarşılığını görmək istəyən xeyli media nümayəndəsi var. Bu baxımdan jurnalistlərin mükafatlandırılmasını yüksək qiymətləndirir, əməyi olan media təmsilçilərinin xeyli hissəsinin sevinəcəyinə ümid edirəm".

 





02.07.2020    çap et  çap et