525.Az

Maliyyə Nazirliyi əmanətçilərə çağırış etdi


 

Maliyyə Nazirliyi əmanətçilərə çağırış etdi<b style="color:red"></b> Prezidentin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanı ilə fərdi birdəfəlik ödəmələr verilməsi dekabrın 31-də başa çatır. Bu barədə Lent.az-a Maliyyə Nazirliyindən məlumat verilib.
 
Birdəfəlik ödəmənin alınması üçün “Kapital Bank “ASC-nin  filiallarına 31 dekabr 2012-ci il tarixinə qədər müraciət etmiş vətəndaşların mütləq əksəriyyəti birdəfəlik ödəmə ilə təmin olunub. Fərdi birdəfəlik ödəməni almaq üçün müvəkkil banka ərizə ilə müraciət etmiş əmanətçilərin bir qisminə Bank tərəfindən birdəfəlik ödəmə təyin olunmasına baxmayaraq, həmin əmanətçilər Bankın müvafiq filiallarından onlara təyin olunmuş pul vəsaitlərini bu günədək gəlib almayıblar.
 
Fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin  31 dekabr tarixində başa çatacağını nəzərə alaraq, Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiya həmin əmanətçiləri birdəfəlik ödəmənin alınması ilə bağlı qeyd olunan tarixədək “Kapital Bank “ASC-nin  müvafiq filiallarına müraciət etməyə çağırır.
 





26.12.2013    çap et  çap et