525.Az

Rusiya koronavirus dərmanının ixracına başladı


 

Rusiya koronavirus dərmanının ixracına başladı<b style="color:red"></b>

Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu dərman preparatları ilk növbədə Belarusa idxal olunacaq.

Bundan başqa, "Avifavir"in Qazaxıstana ixracının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bir sıra Latın Amerikası ölkəsi ilə danışıqlar aparılır.

Qeyd edək ki, "Avifavir" may ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiq edilib. Bundan əvvəl bu preparat Ebolanın müalicəsi üçün istifadə olunub.

 





02.07.2020    çap et  çap et