525.Az

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verildi


 

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verildi<b style="color:red"></b>

Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib.

Təhsil Nazirliyindən bildirilib ki, məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir.

İstifadəçilərin rahatlığını təmin etmək üçün yaradılmış yeni internet səhifəsi “HTP haqqında”, “Təqaüd ölkələri”, “Tələbələr”, “Məzunlar”, “Elektron xidmətlər” və “Əlaqə” bölmələrindən ibarətdir. Bu bölmələrə daxil olmaqla aidiyyəti üzrə ətraflı məlumat əldə etmək mümkündür.

Həmçinin sözügedən internet səhifəsi mobil telefon və planşet istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb. Bununla yanaşı, HTP-nin "Facebook" səhifəsi də istifadəyə verilib.

 





03.07.2020    çap et  çap et