525.Az

Rusiya MSK ümumxalq səsverməsinin nəticələrini təsdiqlədi


 

Rusiya MSK ümumxalq səsverməsinin nəticələrini təsdiqlədi<b style="color:red"></b>

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin nəticələrini təsdiqləyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya MSK ümumxalq səsverməsinin nəticələri ilə bağlı yekun protokolu imzalayıb.

Qeyd edək ki, Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin lehinə 77,92%, əleyhinə 21.27% səs verib.

 





03.07.2020    çap et  çap et