525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- "İslam dini"


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- <b style="color:red">"İslam dini"</b>

İdris ABBASOV

İslam haqqında ümumi məlumat

 

"Qurtuluşa çatmaq, boyun əymək, təslim olmaq; təslim etmək" anlamlarındakı "silm" kökündən törəmiş İslamın etimologiyasını araşdıran İbn Kuteybə bu kəlməni "boyun əymək iradi olaraq uymaqla sülh mühitinə daxil olmaq", İbn Mənzur isə "boyun əymək itaət etmək" şəklində açıqlamışdır. Ənənəvi olaraq İslam sadəcə "haqqa doğruya uyma" mənasını daşıyır. Yanlışa pisə boyun əymə şəklində olan bir təslimiyyət İslama ziddir üsyan kimi səciyyələndirilir. Qurani-Kərimdə səkkiz yerdə İslam kəlməsi keçir çox sayda ayələrdə eyni kökdən törəmiş feil isimlərə rast gəlinir. Feil kimi rast gəlindiyində daha çox "Allaha yönəlmək", "Ona təslim olmaq" , "tövhid inancına sahib olmaq", "Allaha təslim olmanın vacibliyi"  mənalarında işlədilmişdir. Quranda İslam Allah dərgahında haqq dinin qarşılığı xüsusi adı kimi müəyyənləşmiş, İslamdan başqa heç bir dinin Allah tərəfindən qəbul edilməyəcəyi vurğulanmışdır. Müsəlmanlara din olaraq İslamın uyğun görülməsi hidayətə çatma istiqamətində Allahın yardım dəstəyinin ən yüksək səviyyəsi şəklində xarakterizə olunmuşdur. Həqiqi doğru din anlamındakı "dini-qayyim, sırati- müstəqim" kimi Qurani tərkiblər İslama uyğun gələn əsl dini tərif etmə məqsədi daşıdığı halda Hz.İbrahim üçün "hənif" "müslim" sifətlərinin yan-yana işlədilməsi İslamın saf tövhid inancının haqq dinin davamı olduğunu göstərir. Ayə hədislərdə İslam qavramı ilə hənif fitrət qavramları arasında bir məna əlaqəsinin qurulduğu görülür. İslam alimləri tərəfindən hamılıqla qəbul edildiyinə görə fitrət "Allahın insan təbiətinə bəxş etdiyi yaradıcısını tanıma meyli, haqqı qəbul etmə alışqanlığı", həniflik isə "Allahın başlanğıcdan etibarən insanlığa bildirdiyi, insan təbiətinə ən uyğun olan tövhid dini, Allah tərəfindən vəz edilən əsl din" anlamındadır. Hz.İbrahimin yəhudi, yaxud xristian deyil, hənif-müsəlman olduğunu bildirən ayə ilə  Allah dərgahında dinin hənif-müsəlmanlıq olduğunu vurğulayan hədisdən isə hənifliklə İslamın eyni mənalı sözlər kimi qəbul edildiyi anlaşılır.

İslam kəlməsini nəzərdən keçirən ilk dövr alimləri daha çox iman qavramı ilə əlaqəsi baxımından ona təriflər verməyə çalışmışdırlar. Bu çərçivədə Əşari İslamı "Allaha tam təslimiyyət, hökmlərinə boyun əymə əmrlərinə uyma" şəklində tərif edərkən , Maturudi "insanın özünü bütövlüklə Allaha təslim etməsi, yalnız tamamilə Ona qulluq edib şərik qoşmaması" deyə bir tərif vermişdir. Sonrakı dövrlərdə tərtib olunan sözlüklərdə isə daha ətraflı təriflərə rast gəlinir. Məsələn, Rağib əl-İsfahani İslamı "qəlbdəki inancı dillə ifadə edib əməllə yerinə yetirməklə Allaha, təqdir etdiyi hökm etdiyi hər xüsusda boyun əyib təslimiyyət göstərmək" şəklində tərif etmiş, Seyyid Şərif əl-Cürcani isə "Hz.Peyğəmbərin xəbər verdiklərini səmimiyyətlə qəbul edib onlara uymaq" deyə bir tərif vermişdir. İslamın din kimi tərifində Allahın birliyi prinsipi ilə yanaşı Ona bir təslimiyyətlə bağlanma vurğusu önəmli yer tutur.

Mötəzilə Maturidi kəlamçıları sözlərin istilahi mənalarını nəzərdən keçirərək imanla İslamın eyni şeyi ifadə etdiyini söyləmiş, Əşarilər isə sözlük mənasından çıxış edərək fərqli olduqlarını irəli sürmüşdürlər. Əşariyə görə İslam imandan daha əhatəli bir termin olub imanı da ehtiva edir. Əşari kəlam məktəbinin öndə gələn alimlərindən Bakillani bədəvilərin imanı haqqındakı ayə ilə iman, İslam ehsan qavramlarının tərif olunduğu Cibril hədisini xatırladaraq imanın "təsdiq", İslamın isə "boyun əymək" anlamına gəldiyini, dolayısı ilə bunların bir-birindən fərqli olduğunu söyləyir. Sələfiyyə alimləri bu mövzuda əşarilər kimi düşünürlər.

İslam kəlməsini semantik cəhətdən təhlil edən Yaponiyanın Keyo Universitetinin professoru Toşiko İzutsuya görə Cahiliyyə dövrünün hakim anlayışı olan şirk inancının əksinə, Quranın mesajı ilə Allah kainatın mütləq hakimi tək rəbbi olaraq qəbul edilmiş, Ona edilən qulluq isə itaət, təslimiyyət təvazökarlıq ifadə edən terminlər arasında ən önəmlisi olan , "insanın tanıyaraq səmimiyyətlə özünü Allaha təslim etməsi" anlamına gələn İslam termini ilə müəyyən edilmişdir. Cahiliyyə dövründə insanın öz gücünə güvənməsi, sonsuz lovğalıq, heç bir güc qarşısında əyilməmə kimi Quranda "cahiliyyə xarakteri olan təəssüb (hamiyyətə-l-cahiliyyə)" şəklində xarakterizə olunan insanı Allaha təslim olmaqdan uzaq salan xüsusiyyətlər açıq şəkildə özünü göstərmişdir. Bir insanın müsəlman olması onun mənəm-mənəmlikdən xilas olmasını, gücünə həddən artıq güvənməkdən vaz keçib təvazökar bir qul kimi Allahın hüzurunda durmağı ifadə edir. Müxtəlif nöqteyi-nəzərlərdən çıxış edərək İslama verilən təriflər açıqlamalar nəticə etibarilə bir-birini tamamlayır.

İslam Hz.Muhammədin təməl təlim əsaslarını vəhy yolu ilə Allahdan aldığı ilk olaraq özünün reallaşdırdığı, zaman keçdikcə müsəlman cəmiyyətlər tərəfindən insanlığın digər əqli əməli sərvətlərindən istifadə etməklə inkişaf etdirilən din dünyagörüşünün; insan, cəmiyyət, dövlət kimi insani mövzularda özünəməxsus prinsipləri fəlsəfəsi olan tarixi təcrübənin, mədəniyyət sivilizasiyanın ümumi adıdır.

İnanma duyğusu insanın təməl xüsusiyyətlərindən biridir. Dəyərlər sistemi yaratmaq bunu bir iman qaynağına bağlayaraq yerinə yetirmək bütün insanlar üçün ruhi ictimai bir zərurətdir. İnanma duyğusu ilə digər canlılardan fərqlənən insanın bu xüsusiyyəti fitridir. İnsanlıq tarixi elmi araşdırmalar dinin insanla birlikdə var olduğunu, dinsiz bir toplumun inancsız bir insanın olmayacağını göstərmişdir. Özünü ətrafındakı varlıqların xüsusiyyətini, var olma səbəblərini təhqiq edən insanın sağlam ağlı müxtəlif mədəniyyətlərdə müxtəlif adlarla xatırlanıb müxtəlif sayda mahiyyətdə təsəvvür edilsə üstün bir qüdrətin varlığını qəbul etməkdədir. Müasir araşdırmalarda "müqəddəs" deyə adlandırılan bu sahə ibtidaisindən tutmuş alisinə qədər tarixin hər dönəmində bütün cəmiyyətlərdə mövcuddur. Bunun kimi müxtəlif mədəniyyətlərin kosmoqoniya   antopoqoniyalarında    insanın müəyyən bir məqsəd üçün, xüsusilə tanrı, yaxud tanrılara xidmət qulluq, ayrıca tanrını təmsil edərək kosmik harmoniyanı qorumaq üçün yaradıldığı qəbul edilməkdədir. İnsan üçün yaradıldığını anlamağa, yaradıcısını tanımağa Ona qarşı öhdəliyini dərk etməyə çalışan, müqəddəs olanın təcrübəsini yaşayan dini bir varlıqdır (homo religiosus).

İlahi din ənənəsində insan yaradıcısını tanıyıb bilmək Ona qulluq etmək üçün yaradılmışdır ki, buna "fitrətullah" deyilir. İnsanın yaradılış qayəsi olan qulluq ağlın Allahı tanıması, bilməsi, iradənin Ona yönəlib bağlanması ilə gerçəkləşir. Allah bu barədə quluna yardımçı olmuş, ondakı bu fitri hiss şüuru ilahi vəhy ilə istiqamətləndirib inkişaf etdirmiş, onu özbaşına buraxmamışdır. Ən gözəl bir ölçüdə yaradılan insanın yaradılışına uyğun bir şəkildə yaşaması üçün ona yol göstərəcək bələdçilər əməl edəcək prinsiplər göndərərək rəhbərlik etmişdir ki, bu prinsiplərin bütövünə "haqq din" adı verilmişdir.

İnsan, istər öz fitrətindən qaynaqlanan zəifliklər, istərsə tarixi gedişat içərisində fərqli coğrafiyalarda ortaya çıxan fərqliliklər üzündən müxtəlif zamanlarda ilahi mənşəli prinsipləri unutmuş, yaxud təhrif etmiş hər dəfə Allahın göndərdiyi elçilər tərəfindən bu prinsiplər xatırladılmışdır. Hz.Adəm Allahdan aldığı bilgilərlə həm öz həyatına, həm nəslinin yaşamasına istiqamət vermiş, Hz.Nuha bir sıra tövsiyələr edilmiş bu qaydalar sonra gələnlər üçün keçərli sayılmış, Hz.İbrahimə səhifələr verilərək qövmündən onun dininə tabe olması istənmiş, Hz.Musa İsaya kitablar verilmiş, son olaraq isə yeganə hidayət rəhbəri olmaq üzrə Quran nazil olmuşdur. Dinin müxtəlif təriflərinin ortaq nöqtəsi əqli cəhətdən varlığı qəbul edilən üstün gücə, yaxud güclərə qarşı duyulan daxili bağlılıq təslimiyyət duyğusu ilə bu qəbulun zəruri etdiyi davranışların (ibadətlərin) yerinə yetirilməsidir. Ərəb dilində "din" kəlməsi yaradıcının əmr hakimiyyəti, qulun itaət təslimiyyətinə istinad edən qarşılıqlı münasibəti ifadə edir. Bu halda dinin mahiyyətində müqəddəsə bağlılıq təslimiyyət vardır. Bunu istər əski dinlərdə, istərsə günümüzdə mövcud bütün dinlərdə görmək mümkündür.

Vəhy ənənəsinə görə İslam həm ilk, həm son dindir. Mahiyyəti Allahın əmr iradəsinə təslimiyyətdən ibarət olan İslam son peyğəmbərin təbliğ etdiyi dinin özəl adı olmaqla yanaşı təbliğlərinin əsasını Allahın varlıq birliyini tanıyıb Onun iradəsinə təslim olma prinsipinin təşkil etdiyi daha öncəki peyğəmbərlərin təbliğ etdikləri dinin adıdır. Quranın bildirdiyinə görə, Nuh "mənə müsəlmanlardan olmağım əmr olundu" demiş; İbrahimə müsəlman olması əmr edilmiş; İbrahim Yaqub oğullarına "Allah sizin üçün bu dini seçdi, o halda yalnız müsəlman olaraq ölün" deyə tövsiyə etmişdir. Quranda Bəni İsrail peyğəmbərləri İslam kəlməsi ilə eyni kökdən gələn feil isimlərlə Allaha təslim olmuş şəxslər kimi təqdim edilməkdə, nəhayət, Hz.Muhamməd ona, təbliğ etdiyi dinə inanan ilk müsəlman olmasının əmr edildiyini  beləliklə, müsəlmanların ilki olduğunu bildirmişdir. Ona əhli-kitab ümmiləri (ərəblər) Allaha təslim olmağa dəvət etməsi əmr edilmişdir. Dolayısı ilə Allah dərgahında yeganə din İslamdır Hz.Adəmdən son peyğəmbərə qədər davam edən vəhy ənənəsində bütün peyğəmbərlərin gətirdiyi dinin mahiyyətini İslam, yəni Allaha təslimiyyət qavramı təşkil edir. Bu halda bütün peyğəmbərlər "Allahın dini, haqq din, doğru din, xalis din" kimi adlandırılan İslamı təbliğ etmişdirlər. Buna görə İslamdan başqa din aramaq mənasız keçərsizdir. Haqq dinin təməl xüsusiyyətləri ilahi qaynağa dayanması, bir peyğəmbər tərəfindən təbliğ edilməsi, vəhy mənşəli bir kitabının olması, Allahın birliyini axirət inancını ehtiva etməsidir. Haqq din başlanğıcdan etibarən iman əsasları başlıca əxlaq prinsipləri baxımından daim eyni qalsa da, ibadət formaları davranış hökmləri cəhətdən bəzi dəyişikliklərə uğramışdır. Allahın iradəsi ilə gerçəkləşdirilən təkamül şəklindəki bu dəyişiklik insanların ehtiyacları mədəniyyət səviyyələri ilə paralel inkişaf etmişdir. İlk insanla başlayan haqq din ən inkişaf etmiş formasına son peyğəmbərin təbliğ etdiyi vəhy ilə çatmışdır.

(Ardı var)

 





26.12.2013    çap et  çap et