525.Az

"Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib"


 

"Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib"<b style="color:red"></b>

İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan İstanbul - Bakı - İstanbul “Türk Hava Yolları” uçuşları bərpa olunub.

“Türk Hava Yolları”nın Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.

“Yaranmış olan bu narahatlıq səbəbi ilə “Türk Hava Yolları” sərnişinlərdən üzrxahlıq edir”, - deyə bildirilib.

 

 





03.07.2020    çap et  çap et