525.Az

Nazir ABŞ Dövlət Katibinin müavinini qəbul edib


 

Nazir ABŞ Dövlət Katibinin müavinini qəbul edib<b style="color:red"></b>

Bu gün Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin müavini Erik Rubinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qonağı salamlayan Nazir Elmar Məmmədyarov Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında hərtərəfli əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib. O, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Nazir münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasının vacibliyini qeyd edib və Ermənistan tərəfinin sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin təəssüf doğurduğunu bildirib.

ABŞ Dövlət Katibinin müavini Erik Rubin ölkəmizə səfərindən məmnunluğunu bildirib və ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib. Erik Rubin Azərbaycanın Əfqanıstanda sülhyaratma missiyasında oynadığı rolun təqdirəlayiq olduğunu və bunun ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.

Görüş zamanı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





15.10.2012    çap et  çap et