525.Az

COVID-19-a yoluxan Ukrayna Prezidentinin xanımı sağalaraq xəstəxanadan evə buraxıldı


 

COVID-19-a yoluxan Ukrayna Prezidentinin xanımı sağalaraq xəstəxanadan evə buraxıldı<b style="color:red"></b>

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya sağalıb və xəstəxanadan evə buraxılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ukrayna dövlət başçısının ofisi məlumat yayıb.

“Ukraynanın birinci xanımı Yelena Zelenskaya sağalıb və bu gün xəstəxanadan buraxılıb. O, özünü yaxşı hiss edir və yenidən ailəsi ilə birlikdə olmaqdan xoşbəxtdir”, - deyə bildirilib.

Qeyd edək ki, iyunun 16-da Y. Zelenskayaya koronavirus səbəbi ilə ikitərəfli pnevmoniya diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. V. Zelenski və övladlarından götürülən testin nəticəsi isə neqativ olub.

Xatırladaq ki, bu günə olan məlumata əsasən, Ukraynada COVID-19-a 46 763 yoluxma halı qeydə alınıb.

 





03.07.2020    çap et  çap et