525.Az

“Opera Sky”restoranının direktoru “Yeni Müsavat” və “Azadlıq”dan təkzib istəyir


 

“Opera Sky”restoranının direktoru “Yeni Müsavat” və “Azadlıq”dan təkzib istəyir<b style="color:red"></b>

25 dekabr 2013-cü il tarixində bir sıra mətbuat orqanlarında Bakı Apelyasiya Məhkəməsində keçirilən bir məhkəmə işi ilə bağlı material dərc olunub. Həmin yazıda "AZURE" biznes mərkəzindəki "Opera sky" restoranının adı çəkilir və bu obyektin tanınmış və hörmətli alim, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, professor Nərgiz Paşayevaya məxsus olduğu bildirilir.

Həmin restoranın direktoru isə rəhbərlik etdiyi müəssisənin yalnız özlərinə aid olduğunu bildirir. "Opera sky" restoranının direktoru Mahmud Bəhrami "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində gedən materiallarla bağlı aşağıdakı fikirlərinin dərc olunmasını istəyir:

"Mən "Opera Sky" restoranının direktoru kimi bəyan edirəm ki, yuxarıda adı çəkilən yazıda bu qurumun professor Nərgiz Paşayevaya məxsusluğuna və ya qeyri rəsmi aidliyinə işarə edilib. Bunlar tamamilə həqiqətə uyğun deyil. Hətta prof. N.Paşayeva heç bir zaman, təsadüfən də olsa bizim restorana gəlməyib. Belə olan halda əgər kimsə belə bir şayəni yaymaq istəyibsə bilsin ki, cəmiyyətdə adı hörmətlə və uca tutulan alim, xanım haqqında hər hansı bir məlumatı dərc etməzdən əvvəl bu məlumatın həqiqətə uyğun olub olmadığını yoxlamaq hər bir özünə və sözünə hörmət edən mətbuat orqanının borcudur. "Opera Sky" restoranlar şəbəkəsidir və Bakıda 2009-cu ildən fəaliyyət göstərir.

Bir sahibkar kimi bizə məxsus olan restoranın adının və hər hansı bir hadisənin tanınmış bir şəxsiyyətin adıyla bağlamağı düzgün saymıram və xəbərin təkzib olunmasını istəyirəm".

 





26.12.2013    çap et  çap et