525.Az

Özəl sektorda əmək müqavilələrinin sayı artıb


 

Özəl sektorda əmək müqavilələrinin sayı artıb<b style="color:red"></b>

Pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin bir istiqaməti də qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına yönəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu istiqamətdə nazirlik tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir, işəgötürənlərlə sosial dialoq müstəvisində müvafiq işlər aparılır.

Görülən işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, artım dinamikası davam edib.

Qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı bu il aprelin 1-dən 87 200, yanvarın 1-dən 110 min müqavilə artaraq, 2020-ci ilin 1 iyul tarixinə 751 300-ə çatıb.

S.QARAYEVA

 





04.07.2020    çap et  çap et