525.Az

"Kimsənin xəbəri olmaz, Səssiz ölsəm içimdə..."


 

"Kimsənin xəbəri olmaz, Səssiz ölsəm içimdə..."<b style="color:red"></b>

İnternet imkanları hər gün bizə yeni sürprizlər hazırlayır. Bilgisayarını açıb internet səhifənə göz atanda əvvəllər heç tanımadığın insanların istək arzuları ilə qarşı-qarşıya gəlirsən. Bu, dənizə tilov atıb bozbulanlıq sulardan ruzi çıxarmağa çalışan balıqçı istəyinə bənzəyir bir baxıma. düşəcək qarmağına, Qızıl balıqmı, kilkəmi? Doğrusunu gəzsəniz, indiyədək kimsəyə dostluq (arkadaşlık) istəyi göndərmədim. Bu, hardasa bir az da öz auramı sınaqdan keçirmək üçündü: Gözəgörünməz insan dənizində səni tanıyan sevənlər varmı, varsa qədərdir? Vətəndə hardasa beş kişidən biri olub qürbətdə milyonlardan birinə çevrilənlər demək istədiyimi bilməmiş olmazlar. İnsan münasibətlər qovşağıdır... Sənə dostluq göndərənlərin ad soyadları sənə bir şey söyləməyəndə, o zaman  dostluğu qəbul edib etməməməyin qədər ortaq arkadaşınızın olmağına qalır. Bəzən isə kül altda qalan közün əlyandırması da olur. İlk baxışda tanımadığın, tanıya bilmədiyin ad soyadların altından sənə çox doğma olan bir adam silkinib çıxır. Mənimçün belə ad soyadlardan biri Aliyə Qabil qızı oldu.

Aliyənin dostluq istəyini qəbul etdikdən az sonra ondan gözləniməz bir məktub aldım: "1992-ci ildə Qubadliya - ucqar bir dağ kəndinə güllə yağışı altında  yasayan bir kənd ailəsinə Azərbaycan Televiziyasi sədrindən bir məktub gəldi. Vaxtilə "Gənclik" jurnalında seirlərini çap etdirdiyi, amma üzünü  görmədiyi bir qızı - bacım Səadəti televiziyada işə dəvət edirdi (Hətta onun seirlərini aktrisa Məlahət Abbasovanın ifasında televiziyada səsləndirmişdi ). Bax, bu gözəl insan bizim böyük ziyalımız Məmməd İsmayıl  idi. Mən o Səadətin bacısı…" "Məmməd bəy, deyirlər, həyatda təsadüf yoxdur. Hər şey zərurətdən doğur. Mən - Səadət xanımın bacısı 21 ildən sonra sizlə əlaqə saxladım…"

Aliyənin məktubunu oxuduqca gözümdə o qarqaşalı, amma həm qanadlı illərin xatirələri canlandı. "Gənclik" jurnalına gələn oxucu məktublarını qədər çox olsalar da hamısını özüm oxuyurdum, redaksiya əməkdaşları hətta bu vərdişimə bir anlam verə bilmirdilər, -baş redaktor hara, bir-bir məktub oxumaq hara, məgər başqa işi-gücü yoxdur?

Onlara necə deyəydim ki, mən o yazıları hələ iyrimi beş il əvvəl uzaq dağ kəndindən Bakıdakı qəzet jurnal redaksiyalarına yazılar göndərib bir ümidli cavab sorağına gözləməkdən gözünün kökü saralan Məmməd İsmayılovdan Məmməd İsmayıla- özümün özümə göndərdiyim məktubum kimi oxuyuram hər dəfə olmasa da məktublar dənizinə atdığım "tilova" hərdən "qızıl balıq" da  düşür.

Onlardan biri Səadətdən gələn məktub olacaqdı:

"Əziz "Gənclik"!

Barıt qoxulu dağ havasını ( təzada bax!) ciyərlərinə çəkib, bahar günəşindən belə isinməyən üzünü başıbəlalı Ana torpağa söykəyib  hönkür-hönkür ağlayan tənha bir ürəyin  dərdləri rəngdə qapqara  şeirlərimi sizə göndərirəm. Axı ən ağır anlarda  insan dərdlərini kiminləsə - ən  inandığı, arxalandığı doğması ilə bölüşmək istəyir. Yəqin  məktubu oxuyub acizlikdən belə yazdığıma görə  məni qınayacaqsınız. Xeyr, mən heç vaxt aciz olmamışam. Dərd odur ki, sənin tüstün təpəndən çıxa, ürəyin yana-yana qala, heç bir gəlməyə əlindən, heç eləməyə imkan olmaya! Axı Vətənin ən ağır günündə heç eləyə bilmiriksə, yüzlərin içində təkləniriksə, bizim axırımız hara gedəcək?! Heç olmasa bu yolla  dərdimizi yüngülləşdirmək ümidi ilə "Gəncliy"imizin qapısını döyürük həmişə. "Gəncliy"imiz, bizi bağışla ki, həmişə dərdlərimizi  göndəririk sənə, bu  qədər ağrını çəkməyə necə tab gətirirsən, bilmirəm. Düzdür, özgəsinin dərdini öz dərdi kimi yaşamaq hər kəsin işi deyil. Bunu bircə "Azərbaycan" deyilən məmləkətin dağ yükünü çiyinlərində daşımağı boynuna çəkmiş oğullar başara bilər. Yazmaqla qurtarmır ki! Bu kiçik məktubu başa çatdırıb sizə "hələlik" deyirəm. Bəlkə mənim ölmüş  inamımı siz təzədən qaytardınız elə. Əgər şeirlərimi çap eləməyi gərəkli bilsəniz (zəif deyilsə) qonorarını istədiyiniz fonda göndərə bilərsiniz.

Hörmətlə ,

Səadət QABİL QIZI.

Qubadlı rayonu, Diləli Müskanlı kəndi"

O illərin qəmini, təlaşını içinə sındırmış, səriştəli bir qələmlə yazılmış bu məktubu arxasınca dərd qatarı kimi cərgələnən şeirləri oxuyub onları "Gəncliy"in əlimizdə hazırlamaqda olan nömrəsində çap etməyi qərarlaşdırdım, o məktub şeirlərin altına kiçik bir qeyd yazmağı unutmadım:

"REDAKSİYADAN: Biz Səadət xanımın bircə xahişini yerinə yetirə bilmədik. Qonorarını özünə göndərəcəyik. Əslində bütün fondlar da istedadlı Vətən övladlarına xidmət eləməli deyilmi?!"

Dediyimiz kimi edəcəkdik. Amma jurnalın o nömrəsi Səadətin o nömrədə çap olunan şeirlərinə yazılan qonorar ünvanına çatacaqdımı? Cavab vermək çətindi. Çünki artıq yazıq ki, satqınlıq köçhaköç öz işini görməyə başlamışdı..

O silsilədə ki, bir çox qəfil gözlənilməz deyimlər köhnələn yaddaşımın bir küncündə hələ öz yeniliklərini qorumaqdadır:

 

...Bir yazıq əl yiyəsiyəm

Ağlar üzümə qapanıb.

...Azdım səni dərə kimi.

...Öləndən sonra hamımız

Qəbir daşları boydayıq.

 

Aliyənin yazdığına şübhə etməsəm , Səadəti Teleşirkətə rəhbərlik edərkən işə dəvət etdiyimi xatırlamıram. Aradan bir müddət keçəcək, zaman körpüsünün altından çox sular axacaq mən qürbətdə yaşamaq zorunda buraxılacaqdım. Vətəndə seyrək ola bildiyim günlərin birində Səadət adlı bir jurnalist  telefon  edib qəzetlərin biri üçün məndən müsahibə almaq  istədiyini bildirəcəkdi. O zaman bu Səadətin elə həmin o Səadət olduğunu düşünməyəcəkdim...

İş burasındadır ki, Səadətin müsahibə almaq istədiyi qəzet rəhbərliyi ilə mənə məlum olmayan səbəblər üzündən aramız sərin idi... o müsahibənin o qəzetdə yalnız Səadətin iradəsinin hesabına dərc olunacağına  mən adıma inandığım kimi inanırdım.Yalnız müsahibə dərc olunduqdan sonra Səadətin elə həmin Səadət olduğunu biləcəkdim. Sanki əlinə ilk imkan düşdüyündə ona haçansa etdiyim "yaxşılığın" əvəzini çıxmağa çalışmışdı. Doğrusu bu dağlar qızının fədakarlığı içimi isindirəcəkdi... Niyə  isindirməyəydi? Əlini çörəyə, cibini pula çatdırdığım elə bığıburma, dost dediyim "kişilər" vardı ki, etdiyim yaxşılığın qarşılığını vermək bir yana qalsın (Heç bunu gözləmirdim !), Allahın salamını verməyə belə qorxacaqlardı. isə...

Sonralar Səadətin imzasını yaxından izləyə bilməyəcəkdim. On yeddi qürbət ili necə olsa öz işini görmüşdü, vətəndə baş verənləri dəqiqliklə izləmək imkanım əlimdən alınmışdı...

Aliyə yazdığı məktubda Səadətin ilk şeirlər kitabının çıxdığının ikincisini hazırladığının müjdəsini verməyi unutmamışdı.

İlk şeirlərini sevə-sevə "Gənclik" yayınladığım Səadətin yaradıcılıq yolunun sonrakı aşamaları ilə maraqlanmaya bilməzdim. Buna görə onun hazırlanmaqda olan kitabını mənə göndərməsini Aliyədən xahiş etdim. ...zənnim məni yanıltmamışdı. Yenə həmin sözü əyib bükmək bacarığı, misraların diləyatımlılığı, fikirlərin misra qəlibindən aşıb tökülməyi Səadətin yeni şeirlərində bir az daha güclü axar qazanmışdı. Baltanı kökündən vurmaq üçün kitabın ilk səhifələrində yer alan " Mən sənin kimi, Xəzər..." şeirini bütünlüklə  misal gətirmək istəyirəm:

 

Mən sənin kimi, Xəzər,

bu dərin qəm içində,

yarı dəniz, yarı gölmüş

itmiş kölgəm içimdə...

 

Göydələn qüllələrində

saatları dayanmış,

tənha bir paytaxt ürəyim,

batmış ölkəm içimdə...

 

Mən sənin kimi, Xəzər,

bağlı  yollara darğın,

kimsənin xəbəri olmaz

səssiz ölsəm içimdə...

 

Gəraylının bu biçimdə yepyeni forma dəyişimi ilə təqdimi bir yana, şeirin ifadə imkanlarını bənzərsiz bir şəkildə dəyərləndirib, bir şair ürəyi aracılığı ilə  qosqocaman bir məmləkətin başına açılan oyunları beləcə poetik bir biçimdə dilə gətirmək bir başqa yetənəyin xəbərçisidir. Bakı Azərbaycanın feodal bədənində kapitalist yarası kimi çıxılmazlıq içində "ucalmaqda": "tənha bir paytaxt ürəyim, batmış ölkəm içimdə... "

Bu şəhər bir başqa şəhərdir həm :

 

...Bu şəhər sürgünmü ki,

uzaqdan gələni,

yola saldığı yox,

könül boş poçt qutusu,

bir məktub aldığı yox.

"Bu şəhər"

 

... Yaşam od qiymətinə,

çörək baha, su baha,

məmləkətdə qaldı

insandan ucuz daha?

"Məmləkət"

 

İnternet ortaya çıxdıqdan sonra ədəbiyyat saytları xüsusiylə qadın şeir həvəskarlarının axınına uğramışdır. Bu qadın qızların saytlardan əksik olmayan  çeşidi pozlarda çəkilmiş süslü-püslü şəkilləri şeir adına yazılan cızmaqaraları pərdələmək üçündür. ...hələ özlərini sənət dünyasında şair kimi təsdiq etməmiş erkək gənc "şairlər" isə çeşidli məqsədlərlə o cızmaqaraları baş tacına çevirməklə həm şeir yazmaq sevdasına düşmüş süslü-püslü qadınları həm ədəbi təcrübəsi olmayan gəncləri yolundan azdırmağa xidmət edirlər. yaxşı ki, internet saytlarının yad xorundan kənarda qadın zərifliyini, həssaslığını ədəbiyyatımıza yansıtan Səadət kimi qız qadınlarımız da var.Məni sevindirən  cəhət Səadətin şeirlərindəki intellekt, mükəmməllik, ələ alınan mövzulara hakim olma bacarığıdır. Onun demək olar ki, aşağı-yuxarı bütün şeirləri  yeni deyimlərlə fikir yüküylə yüklənmişdir:

 

...Bildin, nəyi xatırladır,

nəyi saralmış fotolar...

ilk bahardan son bahara

xatirə qalmış fotolar...   

                                  "Fotolar" 

 

...Gecənin bir aləmi

kimsə döyər qapını.

Çıxıb görərsən yiyəsiz

bir cüt ayaqqabını.

                           "Həsrət"

 

... yaxşı dünya köçməyə

qapıların açıq qoyub.

O üzündə ağlamağa

qamış bir alaçıq qoyub.

 

Haçansa tale yazıldı,

Dünyanın baxtını aldım.

Bilmirəm ömür yaşadım,

ya elə vaxtını aldım.

"Açılır bu uçurumlar"

           

Səadətin bir şair kimi ən önəmli özəlliyi fikrimcə hər şeirinə yeni ovqat ritmin tapmasındadır. İstər heca, istərsə sərbəst vəzndə yazdığı şeirlərdə  fərqli bir mükəmməllik diqqəti çəkir. Bu yönü ilə o demək olar ki, çox səsli şeirimizdə kimsəyə bənzəmir:

...Ürəyimdən qırdı məni,

Daşdan-daşa vurdu məni,

Kölgəmdə azdırdı məni,

Əl verib günə çəkdiyim

...Bu gecənin dizinə

başımı qoyub yatım.

Əcəl gələr, bilmərəm,

bir azca ayıq yatım.

 

Başıbəlalı ölkəmizin düşdüyü durumun çıxılmazlığı var bu şeirlərdə. Hardasa bir ümid yeri var! Amma şairin içindən davamlı bir nida yüksəlir: Ümid yeri hardasan?

 

...Bu axşam

uzaq üzən

son gəminin arxasınca

çağırmaq istədim...

Hədər!..

boğuq,

dağınıq səsim,

batdı dəniz limanında,

üzüb getdi gəmilər...

"Bu axşam..."

 

..Elə yıxıq yorğunam,

can yarı kimi yorğun...

uzaq üzən bir qayığın

avarı kimi yorğun...

 

... Yorğunam... yaşıl havalı

bahar küləkləriylə

taqəti kəsilən qışın

son qarı kimi yorğun...

"Yorğun..."

 

...Bayırda qar-

Üzülmüş

xatirələrin soyuğunda

üz-gözünə çırpılan

solğun, çiskin yağmurlar

təqvimdə

səkkiz yanvar.

 

Şairin hardasa bəxtiyarlığı zamanında öz üslubunu tapması, onu oxucularına sübut etməsi ən önəmlisi öz dünyası ilə barışıq içində olmasıdır. Səadətin  bir şair kimi  ayrıcalığı acılı-ağrılı köç həyatının ruhi hallarını, başımızın üstünü zamansız alan, qəfil yaxalandığımız savaş səhnələrini tükürpərdici bir biçimdə şeirlərinə yansıtmasıdır:

 

...Dava nəymiş - kimsəsiz

yurdda qalan kor bilər.

Dimdiyində çöp gəzən,

yuvasız quşlar bilər.

"Dava"

 

Hardasa  iki daşın arasında yazdığım bu yazıda örnək olaraq Səadətin bütöv şeirini sevgili oxucularımın diqqətinə çatdırmışdım, elə son örnək   bütöv bir şeir olsun, istədim. Həm bu şeir ona görə bütöv verilməlidir ki, uşaqlıq vətəni düşmən tapdağı altında qalan Səadət üçün azadlıq ayrı bir anlam daşıyır. Çünki dünyanın ən böyük neməti bəlkəsiz azadlıqdır. Qönçələr özgürcə çiçəyini açdığı, bulaqlar əngəlsiz azadca torpaqdan çıxıb qaynadığı dünyada insan nədən azad olmamalıdır, bax, bu, cavabı müşkül sualdır. Amma azadlığın mayası qandır, mənə görə. Bəs Səadətə görə nədir? Gəlin bu sualın cavabını sizinlə birlikdə oxuyaq:

AZADLIQ

Bu yolun axırında -

susuz,

yuxusuz bir çöl,

cadar-cadar olmuş

səhranın yovşan qoxusu,

qaratikanları

keşik çəkən çölün

şanapipik nəğməsi.

Yarpaqlarını tökmüş

dar ağacları ulayar,

ulayar

qana susamış yalquzaq kimi.

Düşəcəyin mənzil -

dəmir barmaqlıqlar arasında

paslanmış quş nəfəsi,

isinəcəyi

bir qanı qaçmış məhbusun

güclə gedib-gələn

yazıq nəfəsi.

Bilirsənmi -

orada qapı arasında

sındırılan barmaqların,

burada ayaqların

altda xırçıldayan

qarın səsinə bənzər

"Azadlıq" kəlməsi.

İçəridə - siqaret dumanı,

pəncərəyə bənzər

balaca çirkli gözlük

tamam his.

Qapıda vecsiz,

duyğusuz,

evdən gələn birgünlük yeyəcəyinə,

çəkdiyin ucuz

siqaretə göz dikən

piylənmiş polis.

İşə bax - dünyanın belə bir vaxtında

"bu da sənə azadlıq" deyib

bir kütbeyin zorladığı haram kürsüdən

yazacaq həbs fərmanını.

Əlində -

İstəsə canavar kimi içər

hamımızın qanını.

...Səhərin gəlişini nədən duydun,

Bildim -

qapına dəyən təpikdən.

Haydı, qalx,

gözətçi görməmiş

yığışdır

gecə yandırdığın şamları.

Bir azdan gətirəcəklər

üzünə duracaq

yalançı namərd adamları...

 

Səadətin bu kitabında misal gətiriləsi istənilən qədər örnək var. Amma mən o şeirləri parça-tikə edib ləzzətlərini, sehirlərini  qaçırmaq istəmədim. Özü təvazökarlıqla "kimsənin xəbəri olmaz səssiz ölsəm içimdə..." deyir. Halbuki səsinin aləmə duyulmasına çoxdan haqq qazanan qələm sahiblərimizdəndir Səadət xanım.

Oxuyacağınız bu kitabda hələ sizi qatı açılmamış o qədər gözəlliklər gözləyir ki?! Çox söz ehtiyac, bu siz, bu da Səadət xanımın şeirləri!" "Gəncliy"in səhifələrindən böyük ədəbiyyata ucalan yolun ölçüsünü oxuyacağınız bu şeirlərin artıqlamasıyla çatdıracağına şübhəm yoxdur.

İyun, 2013.

Çanaqqala, Türkiyə 

 





26.12.2013    çap et  çap et