525.Az

“Meliorasiya və Su Təsərrüfatı” ASC vətəndaşların şikayətlərinə cavab verib


 

“Meliorasiya və Su Təsərrüfatı” ASC vətəndaşların şikayətlərinə cavab verib<b style="color:red"></b>

“Füzuli, İmişli, Ağcəbədi rayonlarında su problemlərinin səbəbləri açıqlanıb və qısa zamanda həll edilməsi  gözlənilir”.

Bu barədə “Report”a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

“Füzuli rayonun Alxanlı kənd sakini Kamal Quliyevin, transformator yarımstansiyasının olmaması səbəbindən kənd ərazısində mövcud olan, istismarı dayandırlmış subartezian quyusuna yeni transformatorun quraşdırılması və eneri şəbəkəsinə qoşulması barədə müraciəti araşdırılmış və əvvəllər mövcud olmuş trasformator yarımsiansiyasının “Azərişıq” ASC-nin yerli qurumunun balansında olduğu müəyyən edilib.

“Azərişıq” ASC ilə aparılmış danışıqların nəticəsi olaraq, həminquyu üçün transformator yarımstansiyası ayrılmış və hazırda quraşdırma işləri aparılır. Quyunun günün sonunadək işə salınması nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, həmin quyunun ətrafında olan sahələr əvvəllər Köndələnçayından su götürən sularla suvarılıb. Hazırda çayda su olmadığından quyunun bərpasına zərurət yaranıb”, - məlumatda deyilir.

Qeyd edilib ki,  İmişli  rayonunun Xoşçobanlı kəndində 820 ha torpaq sahələri başalanğıcını Cənubi Muğan kanalından götürən Qızıl arx kanalı vasitəsi ilə suvarma suyu ilə təmin edilir: “Həmin kanal rayonun 24 kəndinin 10 800 ha sahəsinə xidmət edir. Hazırda kanala saniyədə 5 kubmetr su verilir və həmin su limit əsasında proporsional olaraq kəndlər arasında bölünür. Xoşçobanlı kəndinə limitə uyğun su verilir və su təminatında çətinlik yoxdur”.

Vurğulanır ki, Ağcabədi rayonun Afşar və Qaradolaq kəndlərinin sakinləri tərəfindən daxil olan müraciətlər araşdırılıb: “Bu kəndlərin əkin sahələrinin su təminatı əsasən başlanğıcını Araz çayından götürən Yeni Xanqızı kanalı vasitəsilə həyata keçirilir. Bu kanal vasitəsi ilə rayonun 8 kəndinin 14 000 ha yaxın, o cümlədən Afşar kəndinin 2 100 ha və Qaradolaq kəndinin 2 283 ha sahələri su ilə təmin edilir. Hazırda kanal vasitəsi ilə rayona saniyədə 2 kubmetr su verilir və su bölgüsü qrafiki əsasında kəndlər arasında paylanılır. Suyun miqdarı az olduğundan suvarmada gecikmələr yaranır.

Su təminatına kömək göstərilməsi məqsədi ilə Cəmiyyətin nümayəndəsi rayona ezam edilib. Hazırda Araz çayında su sərfi müəyyən qədər artdığından Yeni Xanqızı kanalı vasitəsi ilə Ağcabədi rayonuna verilən suyun miqdarının saniyədə 3 kubmetr çatdırılması üçün tədbirlər görülür. Günü sonuna suyun verilməsi təmin ediləcək. Goranboy rayonun Kələk kənd sakinləri Nəbi İbrahimov, Yaqub Əliyev və Qaramusanlə kənd sakini Şəmsəddin Mirzəyevin müraciətləri barədə bildiririk ki, rayonun  Kələk kəndi ərazisində Cəmiyyətin yerli istismar idarəsinin balansında 13 ədəd subartezian quyusu var və bu quyular hazırda işlək vəziyyətdədir. Lakin quyulardan 2 ədədi uzun müddət istismarda olduğundan məhsuldarlıqları xeyli azalmış və təlabatı tam ödəmir.

Rayonun Qaramusalı kəndində istismarda olan 25 ədəd quyu işlək vəziyyətdədir. Onlardan 3 ədədinin məhsuldarlığı azalmışdır. Sakinlər həmin quyuların ətrafında yeni quyu lüləsinin (kolunun) qazılmasını xahiş edirlər. Məlumat üçün bildiririk ki, cari ildən rayon ərazisində məhsuldarlığı azalmış quyulardan 10 ədədinin, o cümlədən Kələk kəndində 1 ədəd və Qaramusalı kəndində 1 ədədinin yanında yeni quyu lüləsinin (kolunun) qazılması nəzərdə tutulmuşdur, bu quyulardan ikisindən qazma işləri başa çatdırılmış və ilin sonunadək digər quyularının qazılması təmin ediləcək”.

 





04.07.2020    çap et  çap et