525.Az

Bakıda 544 küçə dezinfeksiya edildi


 

Bakıda 544 küçə dezinfeksiya edildi<b style="color:red"></b>

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, saat 18:00-a kimi davam edən  tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarında ümumilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.

 





04.07.2020    çap et  çap et