525.Az

"Müəllimlərin işə qəbul imtahanının ləğv edilməsi müzakirə olunmur"


 

"Müəllimlərin işə qəbul imtahanının ləğv edilməsi müzakirə olunmur"<b style="color:red"></b>

"Ölkədə olan mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbul (MİQ) imtahanının keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır".

APA-nın xəbərinə görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

O deyib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək: "Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur".

 





04.07.2020    çap et  çap et