525.Az

Bakı Limanından keçən növbəti yük karvanı Ankaraya çatdı


 

Bakı Limanından keçən növbəti yük karvanı Ankaraya çatdı<b style="color:red"></b>

Çindən hərəkət edən və Bakı Limanından keçən növbəti yük karvanı Ankaraya çatıb.

Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən və 43 konteynerdən ibarət blok qatarı iyun ayının 30-da 6 saat ərzində Bakı Limanında aşırılmışdır. Bu gün yük karvanı Ankaraya çatıb.

Qatarla Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü Ady Container MMC-dir.

Qeyd edək ki, bu Sian-İstanbul marşturu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaq.

 





04.07.2020    çap et  çap et