525.Az

BDU-nun müəllimi vəfat edib


 

BDU-nun müəllimi vəfat edib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya Texnologiyaları Mərkəzinin mühəndisi Mustafayeva Zivayət Nurəddin qızı vəfat edib.

BDU-nun  Mətbuat-informasiya şöbəsinin müdiri Günel Orucəliyeva APA-ya açıqlamasında bildirib ki, Z.Mustafayevanın ölümünə səbəb ürək çatışmazlığı olub:

"Zivayət Mustafayeva ötən həftə açıq ürək əməliyyatı keçirib, dünən  axşam isə evində vəfat edib".

Günel Orucəliyeva qeyd edib ki, 1952-ci il təvəllüdlü Z.Mustafayeva 1978-ci ildən Bakı Dövlət Universitetində çalışırmış.

 





05.07.2020    çap et  çap et