525.Az

Cəmil Həsənli İbrahimbəyovun istefasına münasibət bildirdi


 

Cəmil Həsənli İbrahimbəyovun istefasına münasibət bildirdi<b style="color:red"></b>

“Rüstəm İbrahimbəyov Milli Şurada qalır”

Milli Şuranın sədri Cəmil Həsənli qurumun fəxri sədri Rüstəm İbrahimbəyovun istefasına münasibət bildirib.
 
C. Həsənli APA-ya açıqlamasında deyib ki, istefa barədə qərarı Rüstəm İbrahimbəyov özü qəbul edib və bu qərarı şərh etmək onun üçün çətindir.
 
O bildirib ki, R. İbrahimbəyov Milli Şuradan yox, heç bir hüquqi statusu olmayan fəxri sədrlikdən istefa verib: “Mən də onun bu qərarına hörmətlə yanaşıram. İnanıram ki, R. İbrahimbəyov Milli Şuranın üzvü kimi fəaliyyətini davam etdirəcək. Milli Şuranın da gələcəyini normal görürəm, parçalanmanın olacağına inanmıram”.
 
C. Həsənli istefadan sonra R. İbrahimbəyovla əlaqə saxlamadığını, sonuncu dəfə onunla 3 gün əvvəl danışdığını bildirib.

 





26.12.2013    çap et  çap et