525.Az

Ramiz Mehdiyev: "Məhz həmin yol xalqımızı yaxşı gələcəyə doğru aparır"


 

Ramiz Mehdiyev: "Məhz həmin yol xalqımızı yaxşı gələcəyə doğru aparır"<b style="color:red"></b>

“Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran Prezident İlham Əliyevin apardığı siyasət xarici ölkələrdə də böyük maraqla izlənilir. Artıq xarici mətbuatda tez-tez inkişafın Azərbaycan modeli haqqında danışılır”.
 
525.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev "Şəxsiyyətlər" ("Личности") jurnalının xüsusi buraxılışının nəşr edilməsinə həsr olunmuş tədbirdə çıxışında bildirib. R.Mehdiyev qeyd edib ki, Şərqlə Qərb arasında yerləşən Azərbaycan müasirlik, inkişaf, sabitlik, multikulturalizm fenomenlərini rəhbər tutur: "Ölkə modernləşmənin təkcə Qərb modelini deyil, həm də Şərq modelini öyrənir, onun vəhdətini yaradır".

Onun sözlərinə görə, Azərbaycanın hələ keçid dövründə əldə etdiyi güclü dövlətçilik, bazar iqtisadiyyatı, yaxşı investisiya imkanları yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir, nümunədir: "Çoxmillətli Azərbaycan tarixi boyunca heç vaxt dinlərarası, etnik qruplar arası münaqişələrə səhnə olmayıb və olmayacaq da. Çünki tolerantlıq milli dəyər kimi qorunur. Prezident İlham Əliyevin öz fəaliyyəti ilə dinlərarası, sivizilaziyalararası, mədəniyyətlərarası dialoqa verdiyi bəşəri töhfələr, Azərbaycanı bölgənin humanitar təfəkkür mərkəzinə çevirməsi bunun bariz nümunəsidir".

R.Mehdiyev bildirib ki, şübhəsiz, gələcək nəsillər müasir Azərbaycanın inkişaf yollarını öyrənərkən milli ideyanın həyata keçirilməsi üçün Azərbaycan millətinin birləşməsində, XXI əsrdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında müstəsna rol oynamış siyasi və milli lider kimi İlham Əliyevin rolunu qeyd edəcəklər.

PA rəhbəri qeyd edib ki, hazırda demokratik dövlət qurulucuğu, vətəndaş cəmiyyətinin formalaşması və bazar iqtisadiyyatının inkişafı şəraitində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələri yenilənir, o cümlədən Azərbaycanın gənc vətəndaşlarının iqtisadi, mədəni və mənəvi tələbatlarını ödəməyə yönəldilmiş yeni gənclər siyasəti formalaşır. Gəncə şəhərinin "2016-cı il Avropanın gənclər paytaxtı" seçilməsi bunu təsdiq edir. Bu əlamətdar hadisə özlüyündə dünya ictimaiyyətinin Prezident İlham Əliyevin gənclər siyasətini tanımasını göstərir: "İlham Əliyev rəhbərliyi dövründə Azərbaycan xalqının sevgi və dərin hörmətini qazanıb. Prezident və xalqın qarşılıqlı ali hissləri İlham Əliyevə güc və əminlik verir ki, ölkəni apardığı yol asan olmasa da, doğru yoldur. Məhz həmin yol xalqımızı yaxşı gələcəyə doğru aparır".

R.Mehdiyev deyib ki, son on il bəşəriyyət tarixi miqyasında çox qısa zaman kəsiyidir. Lakin cəmi 20 yaşı olan dövlət üçün bu, kifayət qədər əhəmiyyətli dövrdür. Məhz buna görə də İlham Əliyevin prezidentliyinin on illiyinə Böyük Yaradıcılıq Yolunun başlanğıcı kimi baxmaq lazımdır. Azərbaycan Prezidentinin rəhbərliyi altında reallaşdırılan Azərbaycanın inkişaf strategiyası təkcə iqtisadi artıma və siyasi sabitliyin yaradılmasına deyil, insan kapitalının yüksəldilməsinə və sosial strukturların dəyişdirilməsinə köklənib. Və bu, dünya ictimaiyyətinin diqqətindən yayınmır: "Prezidentimizin malik olduğu dövlətçilik istedadını və müdrikliyi qiymətləndirməmək mümkün deyil. Məhz İlham Əliyevin bu istedadı, siyasi uzaqgörənliyi və böyük idarəetmə qabiliyyəti sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayandı".

Onun sözlərinə görə, İlham Əliyev on il ərzində islahat yüklənmələrinin plankasını tədricən qaldıraraq daim ciddi və uzaqgörən dövlət liderinin keyfiyyətlərini nümayiş etdirib. Bu nadir keyfiyyətlər heç də bütün müasir siyasətçilərə xas deyil. Yalnız İlham Əliyev kimi seçilmiş siyasətçilər belə keyfiyyətlərə malikdirlər. Onun qibtə oyadan qətiyyəti və həyata keçirilən tədbirlərin praktiki səmərəliliyi Azərbaycana öz geosiyasi irsini yeni komponentlərlə doldurmağa imkan verir: "İlham Əliyevin fəaliyyəti ölkə hüdudlarından kənara çıxıb, o, vacib beynəlxalq layihələrin həllində fəal iştirak edir. Əminliklə deyə bilərəm ki, hazırda Azərbaycan təkcə enerji sahəsində deyil, həm də məlum olduğu kimi, Avrasiyada geosiyasi trendlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq heç kəs şübhə etmir ki, İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı qlobal planları olan regional dövlət qismində önə çıxarıb.

Müasir Azərbaycan böyük geosiyasi əhəmiyyəti olan, iqtisadi uğurları və siyasi təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən tanınan ölkədir. Ölkəmiz böyük intellektual və mədəni potensiala malikdir, Azərbaycanın müasir inkişaf perspektivləri artıq bütün dünyaya sübut etdi ki, təkcə neft və olimpiya deyil, həm də kosmik ölkədir və bu heç də son hədd deyil".

 





26.12.2013    çap et  çap et