525.Az

“Media könüllüləri-145” media platformasına start verildi


 

“Media könüllüləri-145” media platformasına start verildi  <b style="color:red"></b>

Milli Mətbuatın yaranmasının 145 illiyi ilə bağlı Parlament Jurnalistlər Birliyinin keçirdiyi silsilə tədbirlər çərçivəsində “Media könüllüləri -145” layihəsinin icrasına başlanılıb. 

Modern.az xəbər verir ki, layihə Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi çərçivəsində həyata keçirilir.

“Media könüllüləri -145” in iştirakçıları, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrindən ibarət 145 könüllünün adı məlumdur. Fakültənin I, II və III kurs tələbələri könüllü kimi qeydiyyata alınıblar.

“Media Könüllüləri Təşkilatı”nın (MKT) ilk üzvləri başlanğıcda Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edir. PJB-dən verilən məlumata görə, layihənin ideya müəllifi və icraçısı təşkilatın üzvü, ASAN Radionun baş redaktoru İlkin Kərimovdur. Bakı Dövlət Universiteti ilə birgə icra olunacaq bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir. Media Könüllüləri layihəsinin iştirakçılarının xüsusi fəallığı ilə fərqlənənlər jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin beynəlxalq təmsilçiliyi dövlət başçısının media qarşısında qoyduğu başlıca vəzifələrdən biridir. Parlament Jurnalistlər Birliyi gələcək jurnalistlərin bu istiqamətdə formalaşması üçün belə bir layihəyə startverib. PJB rəhbəri Elşad Eyvazlının sədr müavini olduğu Qlobal Jurnalistlər Şurasının imkanlarından istifadə edilərək media könüllülərinə xarici təcrübə qazanmaq imkanı yaradılacaq. “Media Könüllüləri Təşkilatı” üzvləri Azərbaycanda fəaliyyət göstərən media qurumlarda təcrübə keçmək, işlə təmin olunmaq imkanı da əldə edəcəklər. Könüllülər həm PJB-nin, həm Bakı Dövlət Universitetinin, həm də Qlobal Jurnalistlər Şurasının sertifikatlarını alacaqlar.

 





06.07.2020    çap et  çap et