525.Az

Fransa və İspaniya azərbaycanlı futbolçuları gözləyir


 

Fransa və İspaniya azərbaycanlı futbolçuları gözləyir<b style="color:red"></b>

"Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu klubun rəsmi saytına verdiyi açıqlamada geridə qalmaqda olan ilin yekunları barədə danışıb:

Qol.Az-ın məlumatına görə, Y.Kepoğlu "Atletiko" (Madrid) və "Lans" klubları ilə imzalanan əməkdaşlıq müqavilələrinin azərbaycanlı futbolçular üçün böyük perspektivlər açdığını bildirib: 

"Bakı" futbol klubunun İspaniyanın "Atletiko" (Madrid) və Fransanın "Lans" klubları ilə imzaladığı əməkdaşlıq müqavilələri gənc azərbaycanlı futbolçular üçün böyük perspektivlər açır. Hazırda 5 futbolçumuz "Atletiko"da uzunmüddətli təlim keçir.

Bununla bərabər 4 komandamız son aylar ərzində "Lans" və "Atletiko"nun düşərgəsində təlim-məşq toplantıları keçirib. Yeni ildə bu fəaliyyət davam edəcək və biz mümkün qədər çox komandamızın ölkə xaricində təlim keçməsini arzulayırıq.

Bu tək bizim klubun futbolçularına aid deyil. "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov ölkəmizdəki ən perspektivli yeniyetmə oyuçuların siyahısını hazırlamaq tapşırığı verib. Klubumuzun prezidenti onların öz hesabına Fransa və İspaniyaya göndərilməsini təmin edəcək. Bu tək "Bakı" klubunun deyil, bütün Azərbaycan futbolunun inkişafına dəstək verəcək". 

 





27.12.2013    çap et  çap et