525.Az

Bakıda karantin qaydalarını pozan taksi sürücüsü həbs edildi


 

Bakıda karantin qaydalarını pozan taksi sürücüsü həbs edildi<b style="color:red"></b>

Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  APA-ya bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami RPİ 23-PB-də toplanmış matereallar rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci  maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

 





07.07.2020    çap et  çap et