525.Az

"Fairmont Baku" ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır


 

"Fairmont Baku" ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır<b style="color:red"></b>

COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə "Fairmont Baku" ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

APA-nın məlumatına görə, bunu "Fairmont Baku Flame Towers"in baş meneceri Metyu Qreppo bildirib.

Onun sözlərinə görə, bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək:

"Fairmont Baku"da yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur. Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də biz Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik".

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən görüntülər yayılıb. Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib. Yayılan görüntülərdə xeyli sayda insanın ümumi hovuzdan istifadə etdiyi də görünür. İnsanlar, həmçinin otelin rəsmi "Instagram" səhifəsindən də vətəndaşları otelə dəvət edərək istirahət etməyə çağırış ediblər. Bundan sonra polis "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirib.

 





08.07.2020    çap et  çap et