525.Az

Cəlilabadda COVID-19-a yoluxmuş şəxs saxlanıldı


 

Cəlilabadda COVID-19-a yoluxmuş şəxs saxlanıldı<b style="color:red"></b>

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Cəlilabad şəhər sakini R. Əliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, şəhərdəki ət satışı məntəqələrindən birində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb. Onun barəsində toplanmış materiallar müvafiq qərar qəbul olunmasından ötrü Cəlilabad RPŞ-nin istintaq bölməsinə verilib.

 





08.07.2020    çap et  çap et