525.Az

"Şahdağ" Milli Parkın ərazisində baş verən yanğın söndürüldü


 

"Şahdağ" Milli Parkın ərazisində baş verən yanğın söndürüldü<b style="color:red"></b>

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

 





08.07.2020    çap et  çap et