525.Az

Müdafiə nazirinin müavini işdən çıxarıldı


 

Müdafiə nazirinin müavini işdən çıxarıldı<b style="color:red"></b>

Müdafiə nazirinə yeni müavin təyin edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

General-leytenant F. Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.

 





09.07.2020    çap et  çap et