525.Az

Hava yağmursuz keçəcək


 

Hava yağmursuz keçəcək<b style="color:red"></b> Azərbaycanda sabah yağmursuz, küləkli hava gözlənilir.

525.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

Bakıda və Abşeron yarımadasında oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-18, gündüz 21-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən oktyabrın 16-17-də Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 





15.10.2012    çap et  çap et