525.Az

Sabah subbakalavrların ərizə qəbulu başa çatır


 

Sabah subbakalavrların ərizə qəbulu başa çatır<b style="color:red"></b>

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün saat 15:20-dək elektron ərizələr verən subbakalavrların sayı 18013-dür. Təsdiq olunan elektron ərizələrin sayı isə 16143-dür.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu iyunun 1–dən başlanılıb. Elektron ərizə qəbulu sabah saat 23:59-da başa çatacaq. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

 





09.07.2020    çap et  çap et