525.Az

Xaricdəki bəzi diplomatları koronavirusa yoluxub - Rəsmi


 

Xaricdəki bəzi diplomatları koronavirusa yoluxub - <b style="color:red">Rəsmi</b>

"Şəxsən mən ictimai nəqliyyatdan istifadə edirəm".

Hikmət Hacıyev əlavə edib ki, ictimai nəqliyyatdan istifadə edir.

Onun sözlərinə görə, metronun özünəməxsus xüsusiyyətləri var: “Ona görə də metronun fəaliyyəti dayandırılıb. Avtobusların fəaliyyəti ilə bağlı da müəyyən tədbirlər həyata keçirilib”.

Hikmət Hacıyev koronavirusa yoluxan məhkumların sayını da açıqlanıb.

O bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərin nəticələri pozitiv çıxıb:

“Bu şəxslərdən ikisi vaxtından əvvəl şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib”.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də yoluxma halları müşahidə edilib.

Onun sözlərinə görə, səfirliklərin əməkdaşları arasında da yoluxma halları qeydə alınıb:

“Bundan əlavə, onların ailə üzvlərindən də yoluxanlar var. Buna baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir”.

 

 





10.07.2020    çap et  çap et