525.Az

"İtaliyada fövqəladə vəziyyət rejimi dekabrın 31-dək uzadıla bilər"


 

"İtaliyada fövqəladə vəziyyət rejimi dekabrın 31-dək uzadıla bilər"<b style="color:red"></b>

İtaliyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar bu ilin yanvar ayından tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti ilin sonunadək uzadıla bilər.

APA-nın xəbərinə görə, bu barədə bu gün ANSA agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İtaliyada fövqəladə vəziyyət rejiminin müddəti dekabrın 31-dək uzadıla bilər.

Agentliyin məlumatına görə, lakin bununla bağlı hələlik rəsmi qərar qəbul olunmayıb.

Bir müddət əvvəl isə İtaliyanın Baş Naziri Cüzeppe Konte iyulun 31-də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılacağının anonsunu verib.

Qeyd edək ki, İtaliyada indiyədək COVID-19-a 242 mindən çox yoluxma qeydə alınıb, virusa yoluxanlardan 35 minə yaxın insan vəfat edib.

 

 





10.07.2020    çap et  çap et