525.Az

Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək


 

Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək<b style="color:red"></b>

Rusiya hökuməti iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa etməyə qərar verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Baş Nazirin müavini Tatyana Qolikova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu ona görə mümkün olub ki, bildiyiniz kimi, artıq olduqca uzun müddətdir koronavirus infeksiyasına yoluxma hallarının azalması müşahidə olunur. Aviauçuşlar o ölkələrlə bərpa olunacaq ki, həmin ölkələrdə əhalinin hər 100 min nəfərinə görə 14 gündə, yəni inkubasiya dövründə COVID-19-a 40-dan çox yoluxma olmasın. Bu ölkələrdə orta sutkalıq yoluxma halı 1 faizi keçməməlidir”, - deyə Rusiya Baş Nazirinin müavini vurğulayıb.

 





10.07.2020    çap et  çap et