525.Az

BDU-da 4203 tələbə onlayn imtahanlarda iştirak edib


 

BDU-da 4203 tələbə onlayn imtahanlarda iştirak edib<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

BDU-nun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 176 fənn üzrə imtahan veriblər. Belə ki, bakalavriat səviyyəsində 183 qrup üzrə 4058 (68 nəfəri "SABAH" qrupları olmaqla), qiyabi şöbədə magistratura səviyyəsində isə 48 ixtisaslaşmada 145 magistrant imtahan verib.

BDU-nun Qazax filialında isə 223 tələbə imtahanlarda iştirak edib.

İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkili məqsədilə bütün texniki tədbirlər işçi qrupu tərəfindən yüksək səviyyədə həyata keçirilir. İmtahanda təqdim edilən biletlər 5 sualdan ibarət olur və sualların hər biri maksimum 10 bal ilə (ümumilikdə 50 bal) qiymətləndirilir. İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

Qeyd edək ki, sessiya iyulun 10-da yekunlaşacaq.

S.QARAYEVA

 





10.07.2020    çap et  çap et