525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- İslamın inanc əsasları


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- <b style="color:red">İslamın inanc əsasları </b>

İdris ABBASOV

İslam dinində hər şeyin başında gələn tövhid inancı ümumi mənada haqq dinin bariz xarakteristikası olub, bu prinsip ilahi dinin tarix içindəki bütün formalarında israrla vurğulanıb. Dinin mənşəyinə dair bəzi görüşlərdə ilk tapınma obyektləri olaraq fetiş, totem, təbiət ruh kimi varlıqlar üzərində qurulmuş başlanğıcda insanlığın çoxallahlıq inancını qəbul edərkən təkamül nəticəsində tövhid inancına yetişdiyi qeyd edilsə , bu sahədə aparılan son araşdırmalarda təkallahlıq inancının əvvəldən var olduğu ortaya qoyulub. Yəhudiliyin önəmlə vurğuladığı başlıca prinsip Tanrının birliyi məsələsidir. Tövrata görə Adəm, Nuh, İbrahim, İshaq, Yaqub, Yusif bir olan Allaha dəvət etmişdirlər. Musaya verilən on əmrdə Tövratın digər yerlərində üzərində təkidlə durulan mövzu Allahın birliyidir. Hz.Davudun Zəburunda da tək olan Tanrıya dua edilir. Tanrının oğlu kimi təqdim edilən Hz.İsa da şəriətdəki birinci əmrin Allahın birliyi olduğunu vurğulamaqdadır. İslamın ortaya qoyduğu Tanrı qavramı iman əsasları çox aydındır. Yəhudilikdə ifrat təşbehlər Tanrının antropomorfik (Allahın insan şəklində təsəvvür edilməsi) təsvirinə, xristianlıqda ifrat sevgi, insan olan İsanın ilahiləşdirilməsinə, dolayısı ilə tövhiddən təslisə yol açmışdır. İslam isə tövhid anlayışındakı bulanıqlığı durulaşdırmış, yəhudi xristianları tövhiddə birləşməyə çağırmışdır. Bəzi fərqlərə baxmayaraq peyğəmbərlərə iman bütün ilahi dinlərdə mövcuddur. Yəhudilikdə Tanrının peyğəmbər vasitəsilə danışdığı, Musadan öncə sonra peyğəmbərlərin varlığı xüsusu bir inanc əsasıdır. Xristianlıq özündən öncəki peyğəmbərləri qəbul edib sonrakıları rədd edərək peyğəmbər qavramına müxtəlif mənalar yükləyir. İslam isə bütün peyğəmbərləri qəbul edir, peyğəmbərlərə imanı müsəlman olmanın şərti sayır, onlara dair həqiqi olmayan iddiaları qəbul etmir.

İslam inancına görə peyğəmbərlərin hər biri Allahın birliyinə, axirət gününə peyğəmbərlərin gətirdikləri ilahi mesajlara inanmağı nəsihət etmişdirlər. Fərqliliklər yalnız zamanın toplumun tələblərinə görə dəyişə bilən detallarla bağlıdır. Bu da insanın sosial psixoloji quruluşuna, həyatın həqiqətlərinə uyğun bir hadisədir. Hz.İsa Tövratı təsdiq etməklə yanaşı İsrail oğullarına haram olan bəzi şeyləri halal etmək, Tövrat İncildə müjdələnən Hz.Muhamməd isə digər vəzifələri ilə yanaşı öncəki millətlərin üzərindəki məşəqqətli hökmləri qaldırmaq üçün  göndərilmişdir. Bu elçilərdən hər biri öz dövrlərinin qövmlərinin ehtiyaclarını ödəyəcək əsasları öyrətmək üçün gəlmişdir. Son peyğəmbər Hz.Muhamməd isə aləmlərə rəhmət olaraq göndərilmişdir; hədəf kütləsi isə sadəcə bir qövm, yaxud bir bölgə deyil, bütün zamanlar bütün insanlıqdır. Quranda bildirildiyinə görə bəzi peyğəmbərlərə səhifələr, bəzilərinə kitab verilmişdir. Belə olan halda hər bir din mütləq müəyyən bir müqəddəs kitaba söykənir. Bu mətnlərin göndərildiyi cəmiyyətlər fərqli olsa da, xitab olunan insandır. Hz.Adəmə verilən səhifələrlə Tövrat, İncil Quran mahiyyət etibarilə fərqli deyildir. Allah, içində hidayət nur olan Tövratı endirmiş, Məryəm oğlu İsa Tövratı təsdiq edərək gəlmiş, ayrıca bir nur, yol göstərən müttəqilərə öyüd olsun deyə İncili gətirmişdir. Hz.Muhamməd isə özündən əvvəlkiləri təsdiq edən Quranı təbliğ etmişdir.

Allah dininin son halqası olan İslam öncəki peyğəmbərləri onların gətirdiyi ilahi mesajları qəbul edir, peyğəmbərlər arasında fərq qoymamağı dinin təməl şərti sayır. Rəsuli-Əkrəm öncədən var olan ümumbəşəri əxlaqi prinsipləri davam etdirmişdir. Şənbə yasaqları istisna olmaqla, bu günkü Tövratda yer alan Hz.Musaya bildirilən on əmr fərqli formalarda olsa da, Quranda mühafizə edilmişdir. Hz.İsa da Tövratdakı əmrləri yasaqlamaq üçün deyil, təkmilləşdirmək üçün gəldiyini vurğulayaraq Tövratı təsdiq edir. Digər tərəfdən İncillərdə yer alan əxlaq prinsipləri Quranda da qorunmuşdur. Axirət inancı hər üç dində olmaqla yanaşı yəhudilər xristianlar əbədi qurtuluşu yalnız özlərinə həsr etmiş, bunu özlərinə məxsus bilmişdirlər. Halbuki İslam həm bu dünyada, həm axirətdə xoşbəxtlik qurtuluş üçün müəyyən bir irqə mənsub olmanı deyil, Allaha qulluğu ilahi əmrlərə uymağı şərt qoymuşdur. Hz.Muhamməddən öncəki peyğəmbərlərin təbliğləri ilahi qaynaqdan gəldiyi halda sonrakı mənsubları onların dinlərinə müxtəlif adlar vermişdirlər. Hz.Musa gətirdiyi dinə yəhudilik, Hz.İsa təbliğ etdiyi əsaslara xristianlıq adını vermişdir. Hz.Musanın gətirdiyi din özündən xeyli sonra Babil əsarətinin ardından yəhudilik adlandırılmış yalnız bir qövmə aid edilmişdir. Hz.İsanın təbliğ etdiyi din isə özündən sonra xristianlıq adını almış dinin mərkəzində Hz.İsa yerləşdirilmişdir. Halbuki İsa öz qövmünü Allaha qulluğa dəvət etmiş, özünün Allahın qulu olduğunu israrla bildirmişdir.

Quran həm yəhudiləri, həm xristianları unutduqları, yaxud müxtəlif cür yanaşdıqları Allahın dininə təkrar dəvət etməkdə tək Allah inancında birləşməyə çağırmaqdadır. Mahiyyətcə eyni olan din zaman keçdikcə müqəddəs dini mətnlərin yanlış yorumlanması, din alimlərinin görüşlərinin müqəddəs mətn yerinə keçməsi dinin anlaşılmasında bunların yeganə keçərli qaynaq kimi görülməsi nəticəsində orijinal şəklidən uzaqlaşmışdır. Yəhudilərin peyğəmbər belə saymadıqları, hətta nəsəbi mövzusunda müxtəlif iddialarda olduqları Hz.İsa xristianlar tərəfindən, əksinə, ilahiləşdirilmişdir. Qurani-Kərim yəhudilərə Musaya verilən Tövratı, xristianlara isə İsaya verilən İncili tətbiq etmələrini əmr edir, əks təqdirdə heç bir təmələ dayanmadıqlarını ifadə edir. Hz.İbrahimi özlərindən sayan həqiqi dinin öz dinləri olduğunu irəli sürən kitab əhlinə İbrahimin yəhudi xristian olmadığını, onun hənif olduğunu, dolayısı ilə yəhudilik xristianlığın zaman keçdikcə mahiyyətdən uzaqlaşdığını bildirir.

Hz.Adəmlə başlayan vəhy ənənəsinin son halqasını təşkil edən İslam peyğəmbərlər tərəfindən təbliğ edilən, ancaq zaman içində unudulan, yaxud insanlar tərəfindən bəzi sapmalara uğradılan ilahi mesajın qiyamətə qədər qalıcı olmaqla təshih edilərək yenidən ifadə edilməsinin adıdır. "Bu gün sizin üçün dininizi kamil etdim sizə olan nemətimi tamamladım sizin üçün din olaraq İslamı bəyənib seçdim" ayəsi buna işarə etməklə İslamın insanlıq tarixi boyunca davam edən ilahi mesajın kamal nöqtəsi, Hz.Muhammədin isə bu rəhmət iqliminin son peyğəmbəri olduğunu anladır. Hz.Muhammədin Allah tərəfindən son peyğəmbər kimi seçilib vəzifə verilməsinin ardından miladi 610-cu ildə Məkkədə onun vasitəsilə insanlığa gəlməyə başlayan vəhy iyirmi üç il ərzində davam etmiş, Rəsuli-Əkrəm vəhy ilə təsis edilən bu dini açıqlamış, qayda öhdəliklərin tətbiq edilməsini göstərmiş, peyğəmbərliyi müddətində ilahi xitabın anlaşılması həyata keçirilməsinin üstün nümunəvi şəxsiyyəti olaraq ilk İslam toplumunu yaratmışdır. Buna görə İslamın qavranılmasında Quran Rəsuli-Əkrəm müəyyənedici rola sahibdir. İslamın əsl qaynaqlarının Quran  Sünnə olduğu bütün İslam tarixi boyunca bir postulat (sübutsuz olaraq əsas götürülən müddəa, fərziyyə) kimi qəbul edilmiş, əsri-səadətdən etibarən islam toplumlarının ideoloji əməli həyatı bu iki qaynaq ətrafında formalaşmış, Quran Sünnə müsəlmanların tarixi təcrübəsində, konsepsiya ənənə təşəkkülündə mehvər, yeni yorumlar üçün bir nəzarət vasitəsi olma özəlliyini daim qorumuşdur.

 

İslamın inanc əsasları  

Sözlükdə "əminlik duyğusu içərisində təsdiq etmək, inanmaq" anlamına gələn "iman" dini qəbul etmənin mömin olmanın əsasını təşkil edir. Qurani-Kərimdə iman qavramı 800-dən artıq yürdə keçir, inanmış şəxsin səmimiyyət daxili hüzurunu ifadə etmək üçün isə "sidq" "itminan" qavramları işlədilir. İnsanın üstün bir varlığa Ondan gələn vəhy ətrafında əmələ gələn dinə inanma təmayülü daşıdığı həm Quranda, həm hədislərdə bildirilmişdir. İmanın əmələ gəlməsi üçün bu fitri qabiliyyətdən başqa ağlın hökm verəcəyi qədər bilgiyə sahib olması da gərəkir. Qurani-Kərim dünya axirət səadətinə qovuşmağın inanc yaxşı davranışla mümkünlüyünü irəli sürmüş, bir çox hədisdə imanla əməlin adı birgə çəkilmişdir. Hədisləri mövzularına görə təsnif edən "Kutubu-s-sittə" müəlliflərinin dördü (Əbu Davud Nəsai istisna olmaqla) əsərlərində imana müstəqil bir bölüm ayırmış burada iman prinsiplərindən çox imanın məhsulu olan əməlləri saymışdırlar. İslam alimləri ilk dönəmlərdən etibarən iman-əməl münasibətləri üzərində durmuş, Xaricilər, Mötəzilə bəzi şiə qrupları əməlsiz imanı axirət planında keçərsiz qəbul etmiş, sünnü əksəriyyət isə son təhlildə imanı ağlın qəlbin təsdiqindən ibarət sayaraq əməllə imanı eyni düşünmüşdür. Ancaq bu xüsus heç bir şəkildə dini həyatda əməlin əhəmiyyətini azaltmaq anlamı daşımamaqdadır.

İman əsaslarının təsbiti mövzusunda önə çıxan prinsip Allahın hökmranlığına boyun əymək vəzifə verdiyi elçiləri təsdiq etməkdir. Qurani-Kərimdə keçmiş peyğəmbərlərin xitab etdikəri toplumlara özlərini Allahın inanılmış elçiləri olaraq tanıtdıqdan sonra Ondan qorxmalarını elçilərinə uymalarını istədikləri xəbər verilmiş, eyni xüsus Hz.Peyğəmbərə nisbət edilmişdir. Müxtəlif ayələrdə iman mövzuları "peyğəmbərlərə endirilən vəhyin mahiyyəti" şəklində xülasə olunmuşdur. Son peyğəmbərə göndərilən vəhy öncəkiləri təsdiq edir onlara da iman edilməsinin vacibliyi bildirilir. Bu isə İslam dininin Hz.Muhammədlə tamamlanan son halqasının öncəki bütün halqaları əhatə etdiyini göstərir. Quranın bütün surə ayələrinin Allah tərəfindən Hz.Muhammədə endirilmiş vəhylər olduğunu heç bir tərəddüdə yer verməyəcək şəkildə qəbul etmək son peyğəmbəri təsdiq etmənin digər bir ifadəsidir. İslam alimləri Cibril hədisindən ilhamlanaraq iman əsaslarını altı nöqtədə toplamış (üsuli-sittə), ümumiyyətlə bəzi alimlər bu əsasları üç ana mövzuda (üsuli-sələsə) birləşdirmişdir. Bunlar üluhiyyət, nübüvvət səmiyyət bölümləridir. Bu alimlər iradə qədər məsələsini üluhiyyətin sifətlər bəhsi, kitablar mələklər mövzusunu isə nübüvvət bölümü içərisində mütaliə etmişdirlər.

VIII əsrdən etibarən formalaşmağa başlayan etiqadı İslam məzhəbləri iman əsaslarının təsbit edilməsi yorumlanmasında Quranı əsas götürmüşdürlər. Müxtəlif məzhəblərə mənsub kəlam alimlərinin xalq üçün yazdıqları əqidə risalələri bunu əsaslandırır. İslam dünyasında iman əsaslarının toplanıb cəm edilməsi İslamla ilk dəfə tanış olan qrupların bu dini tənqid etdikləri zaman gerçəkləşmişdir. Daha çox Mötəzilə kəlamçılarının cavab verməyə çalışdığı bu tənqidlər əqli xülasəyə dayandığından kəlamçılar da daha çox ağla üstünlük vermişdirlər. Buna qarşılıq dövrün mühafizəkar alimləri Quranda tez-tez vurğulandığı kimi əhli-kitabın fikir ayrılığına düşməsi üzündən dinin təhrifə məruz qalması faktından qaynaqlanaraq İslamı tənqid edənlərdən çox Mötəzilə kəlamçılarına qarşı cəbhə açmışlar. Daha sonra Sələfiyyə adlandırılan bu qrup öz tərzini ortaya qoyarkən Hz.Peyğəmbər Raşidi xəlifələri dönəmində ixtilaf edilməyən faktiki dəlili irəli sürmüş, sünnəyə uymaq bidətdən uzaq durmağı təlqin edən bir çox rəvayəti nəql etmişdir.

(Ardı var)

 





27.12.2013    çap et  çap et